Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


25.12.2023  12:13 

FHN əhaliyə xəbərdarlıq edib





A+  A-

Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə xəbərdarlıq edib.

Bu barədə Xəzərnews.az-a Nazirlikdən məlumat verilib.

Qarşıdan böyük sevinclə qeyd edilən Yeni il bayramı gəlir. Bu münasibətlə bəzədilən küknar ağacı ətrafında keçirilən bayram tədbirləri həm də yanğın təhlükəsini yaradır. Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşların ən sadə təhlükəsizlik qaydalarına etinasız münasibətinə rast gəlinir ki, bu da sonda əziz bayramın faciəyə çevrilməsinə səbəb olur.

Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən yeni il şənliklərinin keçiriləcəyi məkanların rəhbərlərinə bir daha müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini xatırladır:

- Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

- İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

- Ağac tezalışan oyuncaqla bəzədilməməli;

- Qapalı məkanda atəşfəşanlıq edilməməlidir.

Bundan başqa, bayram şənliyində aşağıdakılar nəzərə alınmalıdır:

- Şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

- Şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

- Pəncərədə dəmir barmaqlıq olmamalı;

- Məkanın iki çıxışı olmalı;

- Ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi olmalı;

- Ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı;

- Təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı;

- Otağın qapıları mütləq bayıra açılmalı;

- Məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

- Şənlikdə işıq tam söndürülməməli;

- Şənliyə tezalışan materialdan paltar geyinilməməli;

- Məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Həmçinin, bildiririk ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyır. Odur ki, tədbir ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və s. təftiş edilməli, onların sazlığı təmin olunmalı, habelə obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər. Tədbirlərin keçiriləcəyi məkanların rəhbərlərindən üzərlərinə düşən məsuliyyət çərçivəsində yanğın təhlükəsizliyi tələblərini müvafiq qaydada təmin etmək və tədbirlərin keçirilməsini Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırmaq tələb olunur. Obyekt rəhbərləri Xidmətə müraciət edərək məsələ ilə bağlı metodiki köməklik və mütəxəssis rəyi ala bilərlər.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir

Təhlükə zamanı 112-yə zəng edin!

Xəbər 533 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +