Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


29.11.2023  14:09 

Prezident DTX-nın yeni inzibati binalarının açılışında... - Foto





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.

Xəzərnews.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısına məlumat verildi ki, inşasına 2021-ci ilin martında başlanmış inzibati binaların tikintisi bu ilin avqustunda yekunlaşıb. İnşaat işləri müasir standartlara uyğun aparılıb, binalar bütün zəruri avadanlıq və inventarlarla təmin olunub, burada əməkdaşların xidməti fəaliyyətlərini səmərəli həyata keçirmələri üçün hər cür şərait yaradılıb.

Əvvəlcə foyedə quraşdırılmış monitorda son illər ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatında və ərazi orqanlarında aparılan əsaslı tikinti-quruculuq işlərindən bəhs edən videoçarx nümayiş olunub.

Bildirildi ki, binanın giriş hissəsində Ümummilli Lider, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu orqanların inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin barelyefi qoyulub, Ulu Öndərin arxiv sənədlərinin nümayiş olunduğu guşə və dahi şəxsiyyətin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stend yaradılıb.

Sonra dövlətimizin başçısı xarici xüsusi xidmət orqanları ilə qurulan tərəfdaşlıq münasibətlərinin səviyyəsini və tarixini simvolizə edən muzeydə sərgilənən eksponatlara baxıb.

Qeyd edildi ki, binada Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatının bəzi struktur bölmələrinin yerləşdirilməsi nəzərdə tutulur. Bina iş və iclas otaqlarından, rəhbər və şəxsi heyət üçün ikimərtəbəli yeməkxanadan ibarətdir.

Dövlətimizin başçısı xidməti otaqlarla və burada əməkdaşlar üçün yaradılan şəraitlə yaxından tanış olub.

Ali Baş Komandan İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstəsinin istifadə etdiyi xüsusi vasitələrə, silahlara, avadanlıqlara, dron cihazlarına və xüsusi təyinatlı avtomobillərə də baxış keçirib.

Həmçinin Azərbaycan Prezidentinə digər inzibati binada yerləşən və ən son texnoloji yenilikləri özündə birləşdirən kriminalistika, əməliyyat və şəbəkə idarəetmə mərkəzləri təqdim olunub, cinayət işlərinin təhqiqatı və müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi istiqamətində bu mərkəzlərin imkanları barədə məruzə edilib.

Prezident İlham Əliyev şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış və müasir idman avadanlıqları ilə təchiz edilmiş mərkəzlə də yaxından tanış olub.

Sonda Prezident İlham Əliyev şəxsi heyətə xidməti fəaliyyətlərində uğurlar arzulayıb, əməkdaşların öz vəzifələrini bundan sonra da layiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib.









Xəbər 844 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +