İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


28.11.2023  15:53 

Jurnalist və iqtisadçı da polisə çağırıldı





A+  A-

Tanınmış araşdırmaçı jurnalist Hafiz Babalı və iqtisadçı Toğrul Vəliyev Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunublar.

Xəzərnews.az xəbər verir ki, bu barədə onlar sosial şəbəkə hesablarında məlumat yayıblar.

Hafiz Babalı saat 15:00-da, Toğrul Vəliyev isə saat 18:00-da BŞBPİ-yə çağırıldıqlarını bildiriblər.

Onların “Abzas Media” işi ilə bağlı BŞBPİ-yə dəvət olunduqları ehtimal edilir.
“Motivi demədilər, mən də soruşmadım.

“Abzas Media”da dərc olunan soxsaylı araşdırmaların müəllifiyəm və bunu gizlətmirəm.
Hüquqi dövlətdə jurnalistika cinayət deyil”, - deyə H. Bablı bildirib.

Xatırladaq ki, daha əvvəl jurnalistlər Mina Əlyarlı, Elnarə Qasımova, Nərgiz Absalamova və Sahilə Aslanova, həmçinin “Abzas Media”nın direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva dab u səpkidə BŞBPİ-yə dəvət olunub.

Qeyd edək ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.

Günorta isə “Abzas Media”nın ofisində axtarış aparılıb.

Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub.

Mətbuat orqanının baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-nə keçən gecə saat 2 radələrində İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi saxlanılıb.

Daha sonra gecə saat 3 radələrində onun yaşadığı evdə axtarış aparılıb. Ancaq mənzildən heç nə tapılmadığı bildirilir.

Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Noyabrın 21-də Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı haqqında isə 3 ay 29 günlük həbs qətimkan tədbiri seçilib.

Sevinc Vaqifqızı hakimə deyib ki, Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə irəli sürülmüş ittiham saxtadır. O bildirib ki, həbsinin səbəbi “Abzas Media”dakı jurnalist fəaliyyəti, hakimiyyətdəkilərin korrupsiya əməlləri barədə araşdırmalarıdır. Ülvi Həsənli də məhkəmədə qaçaqmalçılıq ittihamının absurd olduğunu, ofisdən tapıldığı iddia olunan pulların orada axtarış aparanların özlərinin atdığını deyib.

Həmçinin ictimai fəal, “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalov da saxlanılıb. O, da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur və barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən gün - noyabrın 27-də Bakı Apelyasiya Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) barədə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilmiş şikayətlərə baxılıb və hər iki şikayət təmin edilməyib./yeniavaz.com

Xəbər 501 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +