İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


08.11.2023  22:39 

ŞOK: Amerikanın ən böyük bankı ermənilərə görə cərimə olundu: 26 milyon dollar ödəyəcək!





A+  A-

“The Consumer Financial Protection Bureau (CFPB) (Istehlakçıların Maliyyə Müdafiəsi Bürosu) 2011-ci ildə-prezident Barak Obamanın dönəmində yaradılıb. ABŞ hökumətinə daxil olan təşkilatlardan biridir. Bu təşkilat maliyyə sektorunda müştərilərin hüquqlarını qoruyur.

Çərşənbə günü CFPB bildirib ki, Citigroup İnc. 26 milyon dollar cərimə olunub. Niyə? Çünki onlar ermənilərə qarşı diskriminasiya siyasəti yeridiblər.

Citigroup Inc. ABŞ-ın ən böyük 3 bankından biridir. Əsəsən sərmayə sektorunda çalışırlar. 1998-ci ildə yaranmış bankın əsas ofisi Nyu-York şəhərinin ən bahalı bölgəsi olan Manhettendə yerləşir. Bir faktı deyim: 2022-ci ildə bu bankın xalis gəliri 14.85 milyard dollar olub. Və belə bir möhtəşəm bankı CFPB ermənilərə görə cəzalandırıb. “The Associated Press” agentliyi bildirir ki, Citigroup Inc. Bankı erməni amerikalılara kredit kartları verməmək üçün müxtəlif yalanlara əl atıb. Ermənilərə qarşı qəsdən ayrı-seçkilik siyasəti yeridib, çünki bankın daxildə ermənilərin fırıldaqçılıq etmək ehtimalının daha yüksək olduğu iddiası mövcud olub. Ona görə də bəzi bank işçiləri təlimata uyğun olaraq müraciət edən erməniləri “bad guys” (pis oğlanlar) kimi dəyələndiriblər. Onların mütəşəkkil cinayətkarlıqla əlaqəli olduğunu düşünüblər.

CFPB müəyyən edib ki, Citigroup Inc.-in işçiləri erməni soyadlarının ən çox yayılmış şəkilçisi olan “yan” və “ian” ilə bitən soyadları məqsədli şəkildə çıxdaş ediblər.
Araşdırma zamanı büro müəyyən edib ki, Citi əməkdaşlarına erməni soyadlı ərizələri qeyd etmək, lakin sonradan həmin müraciətlərin rədd edilməsinin əsl səbəbini gizlətmək tapşırılıb. Ermənilərin təqdim etdiyi ərizələri təlimata uyğun şəkildə qeyd etməyən bank işçiləri cəzalana bilərdi.

Citigroup Inc . ermənilərin cinayətə və saxtakarlığa meylli olması ilə bağlı stereotiplərə söykənib. Reallıqda isə Citigroup Inc. işçiləri törədikləri ayrıseçkiliyi ört-basdır etmək üçün qeyri-qanuni olaraq saxta sənədlər hazırlayiblar, - CFPB-nin direktoru Rohit Çopra açıqlamasında belə deyib.

Nyu-Yorkda yerləşən Citigroup Inc. bankının bir qrup işçisi qanunu pozaraq “Kaliforniyanın müəyyən yerlərində fəaliyyət göstərən yaxşı sənədləşdirilmiş erməni fırıldaqçı şəbəkəsinin” qarşısını almağa çalışblar.



Bankın bəyanatında deyilir: “Baş vermiş qanunsuzluğa görə hər bir ərizəçidən (ermənidən) səmimi qəlbdən üzr istəyirik. Daxili araşdırmadan sonra biz bu məsələ ilə bilavasitə əlaqəsi olan şəxslərlə qarşı müvafiq tədbirlər gördük və bu cür davranışın təkrarlanmasının qarşısını almaq üçün dərhal hərəkətə keçdik”.

Bu fakt özlüyündə çox şeydən xəbər verir. Bir daha bəlli olur ki, Amerika erməniləri amerikalılar arasında pis imicə malikdirlər. Ona görə də imkan daxilində onlardan uzaq olmağa çalışırlar. Heç şübhəsiz ki, bu tendensiya təkcə banklarda özünün büruzə vermir. Digər sahələrdə də amerikalılar cinayətkarlığa meylli olan ermənilərlə iş birliyindən çəkinirlər...

Elbəyi Həsənli,
SÜRİX





Xəbər 893 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +