İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


07.10.2023  10:47 

Ceyhun Bayramov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb





A+  A-

6 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Serbiya Respublikasının Milli Assambleyasının sədri Vladimir Orliç ilə görüşüb.

Xəzərnews.az Apa-ya istinadən xəbər verir ki bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə, Azərbaycan və Serbiya arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə regionda mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Serbiya arasında müxtəlif sahələr üzrə ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyinin inkişafında qarşılıqlı təmasların və səfərlərin, xüsusilə iki ölkənin liderləri arasında mövcud siyasi dialoqun əhəmiyyətini məmnunluqla qeyd edib. Serbiyanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsində, habelə post-münaqişə dövründə hər zaman ölkəmizin suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini xatırlayan nazir Ceyhun Bayramov, beynəlxalq hüququn bu vacib prinsiplərinə münasibətdə ikili standartların tətbiqinin qəbuledilməz olduğunu vurğulayıb.

Qarşı tərəf, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesi, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırılıb.

Ərazilərimizdə işğal dövründən qalma, beynəlxalq hüquqa zidd olaraq mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrin növbəti təxribatlarına cavab olaraq başlayan anti-terror tədbirlərindən bəhs edən nazir Ceyhun Bayramov, həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağ bölgəsində mövcud qanunsuz hərbiləşmənin miqyasının bir daha hər kəs üçün aydın olduğunu diqqətə çatdırıb.

Bölgədə sülh və təhlükəsizliyə hədə olan bu real təhdidin aradan qaldırılmasına baxmayaraq, bugün bir sıra ölkələrin müxtəlif vasitələrlə öz daxili siyasi gündəliklərini regiona proyeksiya etmək üçün olduqca təhlükəli addımlar atdığını qeyd edib.

Mövcud çağırışlara baxmayaraq, ölkəmizin bu kimi cəhdlərin qarşısının alınması, habelə sülh və reinteqrasiya prosesinin irəlilədilməsi əzmində olduğu bildirilib.

Milli Assambleyanın sədri Vladimir Orliç, Azərbaycan səfərindən, habelə səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilməsindən məmnunluq duyduğunu, habelə bu kimi səfərlərin ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin müxtəlif səviyyələrdə, o cümlədən parlamentlərarası səviyyədə inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. Bölgədəki vəziyyət və mənzərənin əslində tam aydın olmasına baxmayaraq, beynəlxalq hüquqa və mövcud reallıqlara zidd olaraq bir sıra ölkələr tərəfindən ortaya qoyulan ziddiyyətli mövqelərin təəssüf doğurduğu diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər 5893 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +