Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


01.09.2023  18:30 

Korsikalılara nifrət bəsləyən, Qarabağda separatçılığı qızışdıran Katrin Kolonna...





A+  A-

Bu, Fransanın xarici işlər naziri Katrin Kolonna`dır. O, bu günlərdə çıxışlarından birində Azərbaycanı mənəviyyatsızlıqda ittiham etdi. Onun xəstə məntiqinə görə, guya, rəsmi Bakı ermənilərin Qarabağdan kütləvi şəkildə çıxmasına səbəb olmaq üçün sıxışdırma strategiyasını tətbiq edir.

Fransız nazir bu bəyanatı Fransanın xaricdəki səfirlərinin bir neçə gün öncə Parisdə keçirilən illik toplantısında çıxış edərkən səsləndirib.

K.Kolonnadan sitat: "Biz elə bir şəkildə səfərbər oluruq ki, Ermənistanla Azərbaycan arasında ədalətli və davamlı sülh üçün şərait yaradaq, iki ölkə arasında sərhədlərin delimitasiyasını həyata və Dağlıq Qarabağ əhalisinə onların hüquqları, mədəniyyəti və tarixi təmin olunmaqla orada yaşamaq imkanı təklif edək. Erməniləri Dağlıq Qarabağdan kütləvi şəkildə çıxmağa sövq edən sıxışdırma strategiyası qanunsuzdur və Beynəlxalq Məhkəmənin müəyyən etdiyi kimi, üstəlik mənəviyyatsızlıqdır".

Katrin Kolonnanın bu çıxışı onu göstərir ki, o qeyri-peşəkar diplomat və qeyri-adekvat, yerində olmayan siyasətçidir. Bu xanım öz ölkəsinin adını utanmadan Azərbaycana qoyur. Son günlər onun ölkəsinin Azərbaycana qarşı həyasız, mənəviyyatsız davranışları getdikcə əndazəsini aşır. Afrikada (Nigerdə) səfirinə “48 saat ərzində ölkəmizdən rədd ol” əmri verilən Fransa Cənubi Qafqazda bütün vasitələrini işə salaraq Azərbaycanın üzərinə quzğun kimi şığıyır.

Fransa tərəfinin son addımları (rəsmi Parisin Qarabağdakı separatçı ermənilərə “yardım” üçün BMT Təhlükəsizlik Şurasına yeni qətnamə təqdim etməyə hazırlaşması, habelə Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə "humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslərin separatçılarla görüşərək Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirmələri və s.) Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsddir.

Məsələ gəlib mənəvviyatsızlığa dirənibsə, bax, bu hərəkətlər əsl mənəviyyatsızlıqdır. Katrin Kolonnanın öz ölkəsinin gözündə tiri görməyib, Azərbaycanın gözündə tük axtarması mənəviyyatsızlıqdır. Fransa prezidenti Emmanuel Makronun son müsahibələrindən birində “Laçın dəhlizinin blokadasının aradan qaldırılması üçün yeni diplomatik təşəbbüs irəli sürəcək və bundan ötrü Azərbaycana qarşı təzyiqləri artırılacağıq”, deyə bəyanat verməsi görünməmiş siyasi həyasızlıq və mənəviyyatsızlıqdır.

Ümumiyyətlə, öz ölkəsinin müstəmləkəçi keçmişindən utanmayan, dünyanın bir sıra bölgələrində kütləvi qətllər və soyqırımları törədən bir ölkənin xarici işlər naziri vəzifəsini daşımaqdan heç bir narahatlıq hissi keçirməyən bir fransız qadının mənəviyyatdan danışmasının özü həm absurddur, həm də gülüş doğurur.

Mənəviyyatını Əlcəzair çöllərində itirən bir ölkənin mənəviyyatsız naziri...

Öz ölkəsində separatizmin əleyhinə çıxan və Fransadan ayrılmaq istəyən korsikalılara nifrət bəsləyən, lakin Qarabağda isə separatçılığı qızışdıran Katrin Kolonna...

Bu qadının özünün də, onun “boss”u Makronun da bütün hərəkətləri, fikirləri bir-birilə uyuşmayan, bir-birini təkzib edən ikili standartlarla doludur.

P.S.
Ümumiyyətlə, kim mənəviyyatdan danışsa da, Fransa prezidentinin və onun Kolonna kimi nazirlərinin, İdalqo kimi merlərinin mənəviyyatdan dəm vurmağa heç bir haqqı yoxdur. Bu haqqı çoxdan itirmiş bir ölkədən isə hər cürə həyasızlıqlar gözləmək mümkündür.

Bəybala Mirzəyev

Xəbər 728 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +