Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


28.08.2023  16:26 

İcra başçıları hansı avtomobillərdə gəzir? - Siyahı





A+  A-

İcra başçılarının fəaliyyəti hər zaman cəmiyyətin diqqətində olub.

Onların gördükləri işlərlə yanaşı, gündəlik yaşamları, o cümlədən avtomobilləri də diqqət mərkəzində olub.

XəzərNews.az xəbər verir ki, cebhe.info icra başçılarına dövlət tərəfindən təsis edilən xidməti avtomobillərin hansı model olduğunu araşdırıb.

Siyahını təqdim edirik:

- Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin xidməti avtomobili “BMV 730” modeldir.

- Şamaxının icra başçısı Tahir Məmmədovun xidməti avtomobili “Lexus LS400” modeldir.

- Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli üçün verilən xidməti avtomobil isə “NİSSAN Sentra”dır.

- Qazax rayonunda isə icra başçısı Rəcəb Babaşova “Toyota Camry” model xidməti avtomobil verilib.

- Beyləqan rayonunun icra başçısı Əzizağa Ağayevin və Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun da xidməti avtomobili “NİSSAN TEANA” modelidir.

- Şəkinin icra başçısı Elxan Usubovun xidməti avtomobili üçüncü seriya “BMV”dir.

- Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xidməti avtomobili “Toyota Land Cruiser”dir.

- Masallının icra başçısı Araz Əhmədovun isə xidməti avtomobili “Toyota Camry”dir.

- Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və Ağdam rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənovun isə xidməti avtomobili “NİSSAN Sentra”dır.

- Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov isə həmkarlarından daha fərqli xidməti avtomobilə sahibdir. B.Səfərov sedan tipli “Lincoln” model avtomobildə gəzir.

- Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun isə xidməti avtomobili “BMV 730Li”dir.

- Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Xaçmaz rayon İcra Hakimiyyətini başçısı Elnur Rzayev və İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevə isə “BMV 740Li” model xidməti avtomobil verilib.

Qeyd edək ki, icra başçıları işdən çıxarılanda, xidməti avtomobillərini də təhvil verirlər.

Xəbər 1483 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +