Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


02.06.2023  12:24 

Niyə NATO-ya can atmayaq? - Təhlil





A+  A-

Azərbaycanın NATO-ya və Avropa Birliyinə (AB) üzvlüyünə tərəfdar olan, israrla buna can atan partiyalar, ictimi-siyasi təşkilatlar qonşu Gürcüstanın və Ukraynanın aqibətindən dərs çıxarmalı, ölkəmizin coğrafiyasının şərtlərinə uyğun olmayan istənilən strategiyanın bəribaşdan iflasa uğrayacağını, bizə fəlakət gətirəcəyini anlamalıdırlar.

Qara dənizin sahillərini yuduğu Gürcüstan və Ukrayna NATO və AB-yə üzvlük istiqamətində daha böyük böyük məsafə qət etmişdilər, ABŞ və Avropanın onlara hərbi-siyasi dəstəyi də bizdən qat-qat güclü idi.

Ancaq baxın: indi hər iki ölkə NATO və AB-yə yaxınlaşmaq, bu ittifaqların anti-Rusiya siyasətlərinin faciəvi qurbanlıqlarına çevriliblər.

AB və NATO-nun təzyiqlərinə baxmayaraq, rəsmi şəkildə Qərbə inteqrasiya kursu seçmiş Gürcüstan onun ərazisini işğal edən Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan açıq şəkildə yayınır, hətta rəsmi Kremllə münasibətləri yenidən yumşaltmağa, bərpa etməyə can atır. Qafqaza müasir Qərb demokratiyasının nümunəsini gətirmiş bu ölkənin sabiq prezidenti Saakaşvili isə Qərbin və gürcü xalqının gözləri önündəcə məhv edilir...

Uzun müddət ərzində Rusiya ilə hərbi toqquşmaya hazırlanan və bu gün Rusiya ilə müharibə aparan Ukraynaya NATO-nun və AB-nin misilsiz dəstəyinə baxmayaraq, bu ölkənin də aqibəti ortadadır: indi Ukraynanı elə duruma gətiriblər ki, rəsmi Kiyev AB və NATO-ya tezliklə üzv olmaq istəyirsə, ya işğaldakı ərazilərindən imtina etməli, ya da uzun illər bu arzusundan geri durmalıdır.

“Biz NATO-nun, AB-nin bir parçası olmalıyıq, xoşbəxtliyimiz oradadır” deyərək, bar-bar bağıran və bunun üçün Qərbin bütün istəklərini yerinə yetirməyə, bütün güzəştlərə getməyə hazır olan azərbaycanlı siyasətçilər hələ də anlamırlar ki, Azərbaycan iki anti-Qərb mövqeli dövləti, tarixi imperiyanı – Rusiya və İranı bir-birinə bağlayan yeganə quru dəhlizdir və bu ölkələrin özləri Qərbyönümlü olmadıqca, heç bir halda Azərbaycanın AB və NATO üzvlüyünə imkan verməzlər.

Bizi nə qədər Rusiya və İran əleyhinə işlərə sövq edib, sonra da özlərinə sığınmaq məcburiyyətində qoymaq siyasəti aparsalar da, ölkəmizin təhlükəsizliyini, rifahını və gələcəyini düşünən hər hansı sağlam siyasi təşkilat son 33 ilin acı təcrübəsini də nəzərə alaraq, mövcud geopolitik şərtlərdə AB və NATO-ya inteqrasiyanın tərəfdarı ola bilməz. Tərəfdardırlarsa, demək ki, onlar üçün Azərbaycanın yox, Qərbin maraqlarının həyata keçməsi daha önəmlidir.

Elxan Şükürlü
Siyasi şərhçi


Xəbər 726 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +