Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


26.05.2023  14:31 

Bakıda Xorvatiya nağılı - Fotolar





A+  A-

“Xorvatiya zəngin tarixi, mədəni irsi və təbii gözəllikləri olan bir ölkədir. Bu irs təkcə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş çoxsaylı abidələr, muzeylər, qalereyalar, kilsələr, qalalar, milli və təbiət parklarında deyil, həm də Xorvatiyanın hər yerindədir”.

Bakıda Xorvatiya turizminin tanıtımına həsr olunan “Xorvatiya haqqında nağıl” adlı təqdimat bu ölkəyə səfər etməyənlər üçün son dərəcə maraqlı virtual səyahət təsiri yaratdı.

Birbaşa hava reysinə ehtiyac

Bakıda qonaq olan Xorvatiya Milli Turizm Şurasının Regional Nümayəndəliyinin direktoru Rayko Rujiçka, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və media nümayəndələrinin iştirak etdiyi təqdimatda Xorvatiyaya səyahət üçün çoxlu səbəblər açıqlandı.

Səfir Branko Zebiç ölkəsinin Azərbaycanla turizm əlaqələrini inkişaf etdirməyin prioritet istiqamət olduğunu bildirdi: “Ölkələrimiz arasında turizm imkanlarını inkişaf etdirmək istəyirik. Mümkün qədər çox azərbaycanlı Xorvatiyanı və xorvatlar Azərbaycanı ziyarət etsinlər. Bu səfərlərin həyata keçməsi üçün ölkələrimiz arasında birbaşa hava reyslərinin olmasına ehtiyac var”.



Xorvatiya Avropanın ürəyində yerləşir. Bu ölkənin adı eşidiləndə ağılda “gözəllik” assossiasiya olunur.

Regional direktor Rayko Rujiçka ölkəsi haqqında təqdimat edərək bildirdi ki, 4 milyon əhalisi olan Xorvatiyaya hər il 20 milyondan artıq turist daxil olur: “Xorvatiyaya hava, avtomobil, dəmiryolu və dəniz yolu ilə səyahət etmək mümkündür. Xorvatiyanın 7 beynəlxalq hava limanı var. Ölkənin milli aviadaşıyıcısı və digər hava yolları Xorvatiyanı bir çox Avropa şəhərləri ilə birləşdirir. Növbəti turizm mövsümündə Xorvatiyanı 22 beynəlxalq istiqamət, yəni 23 Avropa hava limanı ilə birləşdirmək planlaşdırılır. Xorvatiya hava yollarının təyyarələri 47 beynəlxalq marşrut üzrə uçuşlar həyata keçirəcək. Ümumilikdə, 17 000-dən çox uçuş planlaşdırılır və 1 820 000-dən çox yer təklif olunacaq. Həmçinin mükəmməl qurulmuş avtobus xətləri şəbəkəsi Xorvatiyanı Avropanın digər hissələri ilə sıx birləşdirir".

Turizimçi məlumat verdi ki, Xorvatiyada 2021-ci ilin yazında innovativ və davamlı turizmin təşviqi ilə bağlı Milli Bərpa və Dayanıqlıq Planı işə salınıb: “Bu, turizm sektoruna bu günə qədər verilən ən böyük birbaşa dəstək paketidir. 2026-cı ilə qədər olan dövrdə bu layihə üçün təxminən 3 milyard avro nəzərdə tutulub. Məqsəd yaşıl və rəqəmsal transformasiya vasitəsilə turizm sektorunun dayanıqlığını və davamlılığını artırmaq, turizm sektorunun bərpasına töhfə vermək və turizmin digər sektorlara əlaqəsini gücləndirməkdir".



R.Rujuçka qeyd etdi ki, Xorvatiya qonaqpərvərliyi, müxtəlif mehmanxana sənayesi və müstəsna yaşayış yerləri ilə turistlərə açıq ölkədir. Hazırda kiçik mehmanxana layihələri də həyata keçirilir: “Xorvatiya 8 milli parkı və 12 təbiət parkı ilə təmiz təbii gözəlliyin incisidir. Burada turistlərin istirahəti və əyləncəsi üçün dağ velosipedi, dırmanma, gəzinti, macəra yarışı, düşərgə, ovçuluq, balıqçılıq, rafting və mağara kəşfiyyatı üçün bütün şərait var“.

Qonaq qeyd etdi ki, YUNESKO 1979-cu ildə bu günün ən məşhur iki turist simvolu olan Dubrovnik və Plitvice göllərini Dünya İrs Siyahısına daxil edərkən Xorvatiyanın təbii və mədəni gözəlliklərinin fövqəladə dəyərini tanıyıb. Belə ki, hazırda ölkə üzrə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş 10 obyekt var: 8-i mədəni, 2-si təbiidir.

Dəfələrlə Ümumdünya İrs Siyahısına daxil edilməsi sübut etdi ki, Xorvatiya təbii gözəllikləri gələcək nəsillər üçün qorumaq məqsədi ilə ən yaxşı şəkildə idarə edir və öz biomüxtəlifliyi və təbii gözəlliyi ilə Avropa ölkələrinin ən zənginləri sırasındadır. Xorvatiya mülicəvi sanatoriyaları, füsünkar adaları ilə dünyada çox məşhurdur.



Xorvatiyaya səyahət üçün səbəblər

Turizimçi Xorvatiyaya turistlərin getmə səbəbi ilə bağlı maraqlı səbəb açıqladı: “Ən qədim Avropa təqviminin Xorvatiyada tapıldığını bilmək maraqlıdır. Xorvatiya qalstuklar ölkəsidir. Burada “Qalstuk günü” keçirilir. Xorvatiyada Milad bayramlarının əsrarəngiz gözəlliyi var. Turistlər Yeni il ərəfəsində Zaqrebə səyahət etməyi xoşlayırlar. Xorvatiya “trufili“si böyüklüyünə görə Ginnesin Rekordlar kitabına düşüb. Xorvatiyada idmanı çox sevirlər. Məşhur futbolçu Modriçin təmsil olunduğu futbolu və ya tennisi daha çox sevməyimiz hələ müəyyən edə bilməmişik. Xorvatiyanın kiçik və ucqar kəndlərində yerli ənənələr və əhalinin sənətkarlığı ilə tanış olmaq olur. Mərkəzi şəhərlərdə tez-tez təşkil olunan festivallar turistləri cəlb edir. Xorvatiya hələ də serblərin və xorvatların bölə bilmədiyi ixtiraçı Nikola Teslanın vətənidir. Bu ölkəyə səfər edənlər unikal suvenirlər alır, zeytun yağı, dadlı şərabdan və yerli mətbəxdən zövq ala bilirlər. Adriatik dənizinin sahilində yerləşən bu ölkədə kəşf olunmalı çox şey var: gəlin, kəşf edin!“

Azərbaycana maraq

R.Rajiçka diqqətə çatdırdı ki, Xorvatiya uzun illərdir ki, Avropanın əsas turizm mərkəzlərindən biri sayılır. Artıq ölkə öz turizm prioritetlərini yeniləyir və fərqli regionlardan turistləri qəbul etməyi planlaşdırır: “Xüsusilə bu proses Rusiya-Ukrayna müharibəsindən sonra daha da aktuallaşıb. Çünki həm Rusiya, həm də Ukraynadan gələn turistlərin sayı obyektiv səbəbdən azalıb”.



R.Rujiçka bildirdi ki, hazırda Xorvatiyanın dövlət və özəl turizm şirkətləri məhz Azərbaycandan və Mərkəzi Asiyadan çoxlu sayda turist cəlb etmək niyyətindədir:

“Bu istiqamətdə Bakının regional əhəmiyyəti böyükdür. Yaxın vaxtlarda Bakıda Xorvatiya Milli Turizm Şurasına aid mərkəzin açılacağını düşünürük. Hazırda bu istiqamətdə Azərbaycanda müxtəlif turizm şirkətləri, dövlət qurumları və aviaşirkətlərlə danışıqlar aparılır”.

Regional direktor Azərbaycanla Xorvatiya arasında birbaşa reyslərin turizm əlaqələrinin inkişafında böyük rol oynadığını bildirdi: “Bu səbəbdən reyslərin açılması və tədricən sayının artırılmasında da maraqlıyıq”.

Qonaq qeyd etdi ki, Xorvatiya turistlər üçün ən cəlbedici turizm məkanı olduğundan ilbəil gələn turistlərin sayı artır: “2023-cü il yanvarın 1-dən Avrozonaya daxil olması isə bu marağı daha da artırıb. Aİ-yə üzv ölkələr arasında səyahət zamanı artıq sərhəd nəzarəti yoxdur. Gələn turistlərin siyahısında çoxlu sayda azərbaycanlıları da görməyi arzulayırıq”.


Təranə Məhərrəmova

Xəbər 1454 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +