Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


26.05.2023  11:59 

Ermənilər yaşadıqları əraziyə konseptual münasibətlərini müəyyənləşdirməli, tarixi vaqnerizmdən əl çəkməlidirlər - Mübariz Əhmədoğlu





A+  A-

Bu vaxtadək heç bir Ermənistan siyasətçisi, eksperti Ermənistanın təhlükəsizliyinin Cənubi Qafqaz regional müstəvisində axtarmayıb. Çar Rusiyası Qərb, Rusiya, İran və Çini arzulayıblar, bu istiqamətlərdə ciddi tər töküblər. İndi də növbə Hindistanındır. Yerli və diaspor ermənilərinin Ermənistanın təhlükəsizliyini regionda axtarmasına dair heç bir mövqe və ya şərh tapa bilməzsiniz. Səbəbi təxminən bəllidir.

İndi Ermənistanın Rusiyaya münasibətindən Moskva narazıdır. Bəzən çar Rusiyasının arxivindən bəzi materialları ictimailəşdirir. Türkmənçay müqaviləsinin ildönümündə Qriboyedovun neçə ermənini Yerevana, Qarabağa köçürməsi və külli miqdarda pul xərclənməsi ilə bağlı çox dəqiq məlumatlar yayırlar. İrəvan qalasının alınmasından ötrü feldmarşal Paskeviçin gördüyü işləri də yaxında açıqladılar. Paskeviç Osmanlı ərazisində yaşayan 2000 ermənini gətirərək İrəvan qalasını işğal edib və Rusiya arxivlərində olan məlumata görə ermənilərlə əlaqəli ayrılan pul o dövrdə ən rekord məbləğ olub. Sonra bu müasir vaqner hərbi birləşmə Türkiyə ərazisində Qars, İqdır, Ərzurum, Ərdəhan və s. əraziləri işğal ediblər.

İndi Moskva ermənilərə xatırladır ki sizləri bu ərazilərin sahibi biz etmişik. Ermənilər bu regiona Rusiya tərəfindən İran, Osmanlı ərazisindən hərbi qüvvə kimi gətirilib.

Ermənilərin də təhtəlşüurunda hələ də bu məsələ qalır. Özlərini regionda yad element kimi hesab edirlər. Müasir dildə indinin özündə də vaqnerçi əhval-ruhiyyəsindədir. Bir dövr vaqnerçilər Afrika dövlətlərinə yerləşdirildi və Moskvadan təlimat gözləyirdilər. İndi də bu iş konkret olaraq Qarabağ ərazisində gedir.

Hazırda Qarabağda 3 kateqoriyada etnik rus var:

ı. 2 minlik RF sülhməramlıları;

ıı. 50-60 nəfərlik RF hüquq-mühafizə orqanlarının təmsilçiləri;

ııı.600-700 nəfər müxtəlif peşə sahibləri, bəlkə də keçmiş hərbçilər olan sadə vətəndaşlar.

Azərbaycanın ekofəalları aksiyaya başladıqdan sonra Qarabağa gətirilən RF vətəndaşları oranı tərk etməyə başladı. Ümumilikdə ora gətirilən RF vətəndaşlarının sayı hazırda təxminən 300-ü keçib. Bu işin təşkilatçıları onlar üçün orada Rus Mədəniyyət Evi yaradıblar. Rus Mədəniyyət Evinə bank kimi yanaşmaq olar.

Çünki gələn RF vətəndaşlarını maaşla təmin edəcək. Qarabağ ermənilərinin başında duranlar azərbaycanlını qovub, onu öz evinə qayıtmasına razı deyil, amma Rusiyadan dəvətlə etnik rusu gətirir.

Ermənistanın açıq mətbuatında yayılan belə məlumatları ABŞ, Aİ, Fransa və digər ölkələrin səfirlikləri deyəsən görmür. Çünki bu məlumatlar yayıldıqdan sonra USAID-in Qarabağa diqqəti artdı. Orada Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə təxribat planı qurdu. Aİ isə Ermənistanın Sünik vilayətinə əlavə 40 milyon vəsait ayırdı.

Ermənilər ümumilikdə regiona bir dövlətin regional siyasi kursunun, niyyətinin daxil olmasına imkan verməməlidirlər. Ermənilər hazırda dünyanın müxtəlif ölkələrində yaşayırlar. Buna uyğunlaşıblar, belə vəziyyətdə daha çox qaçqın göndərirlər. Belə şeydən daha çox qazanırlar. Sabah Lion, Marseldəki və ya Los-Ancelesdəki ermənilər də vaqnerçiləri ora aparacaq.

Ermənilər “Vətən” anlayışını qəbul etməlidirlər; Yaşadıqları ərazi onların vətənidir, kim vətən kimi qəbul edirsə qalsın. Kim vətən kimi qəbul etmirsə köçə bilər. Bu Ermənistan və Qarabağ ermənilərinə aiddir. Amma bu daha çox Qarabağ ermənilərinə aiddir. Rusu bura gətirənədək Qarabağ ermənilərindən arzulayanları köçüb Rusiyada yaşaya bilərlər.

Qonşu dövlətlər regionda Ermənistanla Azərbaycan arasında ərazi bütövlüyü ilə bağlı razılıq əldə olunduqdan sonra indi suverenlik məsələsini tanımalıdırlar. Ermənistan və Azərbaycan bir-birinin suverenliklərini tanımalıdırlar. Ermənistan təki suverenlik anlayışını qəbul etsin. Bu da yaşadığı regiona hörmət anlamındadır. Rusiya Azərbaycanın ərazi bütövlüyünə tam səmimi münasibət göstərməlidir. Əgər üçtərəfli bəyannamə Azərbaycanın ərazisinin müəyyən hissəsində suverenliyi inkar edirsə, ərazi bütövlüyünü şübhə altına alırsa eyni ilə bu şübhə ilə 2022-ci ilin fevralın 22-də Azərbaycan-Rusiya arasında imzalanmış strateji müqaviləyə də aid olmalıdır. RF seçim etməlidir. Əgər Rusiya doğrudan da Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tanıyırsa, o zaman bütün işlərə, Laçın koridoruna da bu nöqteyi-nəzərdən yanaşmalıdır.

Rusiya Patriarxlığı ilk növbədə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu elan etməlidir. Orada yaradılan pravoslav kilsəsini Bakıdakı Yeparxiyaya tabe etdirməlidir.

RF Azərbaycanın ərazisində bir rus icmasını qəbul etməlidir. Qarabağdakı rus icması da Bakıdakı rus icmasına tabe olunmalıdır.

Region 3 dövlətdir və 3 qonşusu var. Regionun 3 dövləti müasir prizmadan baxdıqda təhlükəsizliyini və tam yetərli imkanlarla təmin etmək üçün az qala vahid dövlətə çevrilməlidir. Bunun tarixinə girməyə ehtiyac yoxdur, əlavə neqativ nüansları açar. Regionun 3 dövlətinin regionun üç iri qonşusu ilə münasibətləri də hamar deyil. Həm də buna görə region bir olmalıdır. Bunun üçün ermənilər öz yaşadıqları əraziləri vətən hesab etməlidirlər və vətən kimi də yanaşmalıdırlar. Vaqnerçilikdən əl çəkilməlidir.

26 may 2023

Xəbər 1110 dəfə oxunub.




15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +