Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


10.05.2023  16:24 

Sığortası olmayan ev sahibləri cərimələnəcək... DİQQƏT





A+  A-

Yaxın gələcəkdə daşınmaz əmlakın sığortalanması üçün elektron sistem işə düşəcək. Yeni sistem əmlakın sığortalanması prosesini sadələşdirəcək. Eyni zamanda bu sistem vasitəsilə hər hansı əmlakın sığortalanıb-sığortalanmadığını müəyyən etmək olacaq. Sığortası olmayan ev sahibləri isə cərimələnəcək.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, yeni sistem ilin sonuna qədər tam formalaşacaq.

Onun sözlərinə görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və İcbari Sığorta Bürosu arasında informasiya mübadiləsi həyata keçirmək üçün məlumat bazası yaradılacaq:

"Nəticədə İcbari Sığorta Bürosu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əmlakların sığorta olunub-olunmaması barədə məlumatları əldə edə biləcək. Təbii ki, bu, vaxt tələb edən məsələdir. Lakin bu ilin sonuna kimi proseslərin tam şəkildə qaydasına düşəcəyini hesab edirəm”.

Ekspert sığortasız mənzil sahiblərinin cərimələnəcəyi barədə də danışıb:

“İcbari sığorta olunmayan mənzillər üçün cərimə məbləği 40 manatdır. İnzibati Xətalar Məcəlləsinə görə, həmin cərimələr hər 20 gündən sonra ardıcıllıqla yazıla bilər. Belə ki, mənzil sahibi 40 manat cəriməni 20 gün müddətində ödəməsə və əmlakını sığorta etdirməsə, o zaman həmin cərimə 20 gündən bir yazılacaq. Bu məsələ qanunla öz əksini tapıb. Müəyyən texniki məsələlər və informasiya mübadiləsi tam təmin olunana qədər güzəştlər tətbiq edilə bilər. Lakin vətəndaşlar buna arxayın olmamalıdır. Çünki qanunvericiliyin tələbi var”.

R.Osmanlı, bölgələr üzrə icbari sığortanın məbləğini də qeyd edib:

“Bakı şəhərində icbari sığorta üçün ödəniləcək məbləğ 25 min, Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri üçün 20 min, digər yaşayaış məntəqələri üçün isə 15 min manat nəzərdə tutulub. Sığorta etdirmək istəyən şəxslər bu məbləğin 0,2 faizini sığorta üçün ödəməlidir. Yəni, Bakı şəhəri üzrə 50, Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri üzrə 40 manat, digər yaşayış məntəqələri üzrə 30 manat ödənilməlidir. Bu ildə bir dəfə ödənilən sığorta növüdür. İl tamam olduqdan sonra proses təkrarlanır. Burada sığorta şirkətləri müştəridən asılı olaraq müəyyən güzəştlər tətbiq edə bilər. Bu, sığorta şirkətlərinin öz işidir. Lakin rəqəmlər qanunvericiliklə müəyyən edilib”.

Xəbər 750 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +