Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


03.05.2023  16:14 

Medianın vəziyyəti: Azərbaycan 151-ci sırada





A+  A-

Sərhədsiz Reportyorlar Təşkilatı (Reporters Without Borders -RWB) 2023-cü il üçün "Dünya Mətbuat Azadlığı İndeksi" ("World Press Freedom Index-2023") adlı yeni hesabatını açıqlayıb.


Azərbaycanın 180 ölkə arasındakı mövqeyi son bir ildə 3 pillə yaxşılaşıb. Ötən il 180 ölkə arasında 154-cü sırada yer alan Azərbaycan bu il 151-ci sıraya yüksəlib.

Məlumat üçün qeyd edək ki, hesabatda yer alan ölkələrdə mətbuat azadlığının vəziyyəti 0-100 bal arasında qiymətləndirilir:

0-40 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "çox pis" ("tünd qırımızı"),
40-55 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "pis" ("tünd narıncı"),
55-70 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "problemli" (“açıq narıncı"),
70-85 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "nisbətən yaxşı" ("sarı")
85-100 bal arası qiymət alan ölkələrdə mətbuatın vəziyyəti "yaxşı" ("yaşıl")

Sərhədsiz Reportyorlar Təşkilatı ötən il oduğu kimi 2023-cü ildə də mətbuat azadlığı sahəsində Azərbaycanın vəziyyətini "çox pis" olaraq qiymətləndirib. 2022-ci il hesabatında 39,4 bal toplayan Azərbaycanın bu il 39,9 bal toplayıb.

Onu da qeyd edək ki, keçmiş SSRİ və region ölkələri arasında mətbuat azadlığının vəziyyəti Azərbaycanla müqayisədə yalnız Rusiya (164-cü yer), Türkiyə (165-ci yer), Türkmənistan (176-ci yer) və İran (177-ci yer) daha da pis olub.

Keçmiş SSRİ və region ölkələri arasında mətbuat azadlığı sahəsində ən yaxşı vəziyyət Litva (7-ci yer), Estoniya (8-ci yer), Latviya (16-cı yer) və Moldovada (28-ci yer) qeydə alınıb.

Bunlardan baqşa mətbuat azadlığı sahəsində Ermənistan 49-cu, Gürcüstan 77-ci, Ukrayna 79-cu, Qırğızıstan 122-ci, Qazaxıstan 134-cü, Özbəkistan 137-ci, Tacikistan 153-cü, Belarus isə 157-ci yerdə qərarlaşıb.

Ümumilikdə isə mətbuat azadlığı sahəsində ən yaxşı vəziyyət Norveç, İralandiya, Danimarka, İsveç, Finlandiya və Niderlanda məxsus olub. Ən pis vəziyyət isə Şimali Koreya, Çin, Vyetnam, İran və Türkmənistanda qeydə alınıb./Yeniavaz.com

Xəbər 448 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +