İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


27.04.2023  22:46 

NƏDİR SƏNİN DƏRDİN?





A+  A-

Deputat, elmlər doktoru, professor Fəzail İbrahimli Milli Məclisin "Sirlər xəzinəsi"ni açıb töküb. Cəmisi 2-3 cümlə ilə! Maşallah! Az sözlə dahi fikirlər ifadə etmək istedadı buna deyərlər! Allah qorusun!

Azərbaycan tarixinə "qızıl" hərflərlə yazılası kəlamlardır! Deputat-professorun verbal söz inciləri Azərbaycan Parlamentinin xalqdan nə qədər uzaq olduğunu həm dərin, həm də səthi strukturlarda aşkar şəkildə ortaya qoydu . Nələr yoxdur bu kəlamlarda?!

Məntiq, fəlsəfə, sosiologiya, politologiya, parapsixologiya... Hər sözünə 5000 işarəlik analitik yazı düşür.

İlkin variant olaraq kəlamın məalını belə vermək olar, yəni, ay deputat, statusun, vəzifən, geniş maddi imkanların var. Düşdüyün yer isə cənnət-məkandır, ən yeməli, dünyanın ləzzətini çıxarmalı yerlərdən biridir.

Ye, iç, qamarla, fürsəti qaçırma, özünə, nəsil-nəcabətinə gün ağla! Ancaq nəbadə ürəyin yumşala bu xalqa qarşı! Vay halına ki, xalqa yaxınlaşasan, ya xalq səni çox istəyə! Sakitcə ye, lap israf et, dünyanı gəz, dolan, əylən, fəqət səsini çıxarma, heç bir işə qarışma! Kasıb xalqın xeyrinə bir söz söyləsən, iş görsən, hörmət qazansan, özündən küs! Sözə baxmazsansa, səni də haqqına təcavüz olunmuş o miskin xalqın yanına göndərərik!


Alimlərin, müəllimlərin, həkimlərin içində də yalnız bizim kimi düşünənlər, biz ağılda olanlar yaxşı, hətta super yaşamalıdırlar, vəssalam. Onların istənilən yolla varlanıb-karlanması mübahdır.

Əgər xalqın haqqı üzərində qurulmuş vəzifə, status, var-dövlət fürsətinin qədrini bilmirsənsə, çıx get, səni sevən lüt xalqın - müəllimin, alimin, fəhlənin, kəndlinin yanına, baş-başa verib səfil həyatı yaşayarsan, ağlın başına gələr! Bir kəz başa düşməlisən ki, deputat yeməli, yığmalı, xalqın gözünə kül üfürməli, ürəyi daş olmalı, bir çox dəyərlərini pula, vəzifəyə, mal-mülkə qurban verməlidir. Deputat öz həmkarları ilə əlbir, dilbir olub kasıb xalqa üz verməməli, laübalı və dəbdəbəli həyat tərzi sürməlidir!

Deputat, elmlər doktoru, professor Fəzail İbrahimli deputat həmkarı, texnika elmləri doktoru Vahid Əhmədovun deputat sirlərini kənara çıxarmasını pislədiyi yerdə əsas sirləri açıb tökdüyünün, çox güman ki, fərqində ola bilməyib: Deputat əzabkeş xalqdan uzaq durmalı, yüksək təminat altında, kef-damağında hedonizmə səcdə etməlidir.

Deputat-professor F.İbrahimli deputat-elmlər doktoru V. Əhmədova xitabən deyir: "...Sizin maddi durumunuz Azərbaycanda hamıdan yaxşıdır, statusunuz var, vəzifəniz var. Adamdan soruşarlar, nə istəyirsən? Nədir səni qane etməyən?..."

PS. Belə düşüncə tərzi ilə çox ləngiyirik, çooox!

İdris Abbasov

Xəbər 661 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +