Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


07.02.2023  11:48 

SÖZÜN BİTDİYİ NÖQTƏ...





A+  A-

KƏDƏRLƏ SEVİNC BİR-BİRİNƏ QARIŞIB...

Dağıntıların miqyası ağlasığmaz dərəcədə böyükdür. Eyni anda, az qalsın min kilometrlərlə radiusda ölçülən ərazilərin altı üstünə çevrilib, on minlərlə bina, ev toz olub, çoxuna isə heç xilasedici yetişdirmək mümkün olmur. Zalım sərt iqlim şərtləri də bir yandan xeyli çətinliklər yaradıb. Ölüm sayı durmadan artır. Soyuğun qılınc kimi kəsdiyi çöldə-bayırda, qarın altında qalan, düz-əməlli isti geyimi, qidası, sığınacağı olmayan yüzminlərlə insan var. Böyük fəlakət, böyük bir faciə yaşayırıq.

Hətta o dərəcədə ki, dost-düşmən hər kəs yardım əlini uzadır, çünki yaşanan olay bir insanlıq dramı. Öhdəsindən təkbaşına gəlmək qeyri-mümkün. Gerçəkdən təskinlik üçün söyləyəcək, vəziyyəti ağlabatan izah edəcək bir söz, fikir tapmaq da çətindir.

Hər bir halda, dönə-dönə xahiş edirəm, bir-birimizi incidəcək, əhvalını təlx edəcək, mübahisə yaradacaq fikirlərdən, sözlərdən uzaq olaq. Danışanda, dilimizin altındakı sözü bayıra çıxarana qədər yüz dəfə ölçək-biçək, götür-qoy edək, ehtiyatlı olaq. Hamımız kövrəyik, hamımız dolmuşuq onsuz da, bağrımız çatlayır.

Daha çox qardaşlarımıza, Türkiyəmizə bu məqamda necə kömək ola bilərik, ona fokuslanaq. Buz kimi daşın altında çarəsiz nəfəsi gedib-gələn, bəlkə də son ürək döyüntülərini vuran, köməksiz çırpınan insanlarımızı düşünək, ən azı duamız əksik olmasın. İndi ən çox buna ehtiyac var.

Dərin bir kədər, hüzn içindəyik. Bir yandan ölənlərə ağlayıb yas tuturuq, digər yandan isə qocaman beton daşların altından çıxan növbəti diri bədənlərə, insanlara, körpələrə bayram edir, sevinirik, sevinc gözyaşlarında boğuluruq. İndi bir insanı xilas etmək belə qənimətdi. Eyni anda həm acını, həm kədəri yaşamaq dəhşətdir. Kədərlə-sevincin qarışdığı, qardaş-bacı olduğu anormal duyğular içində təbii çarəsizliyin dibinə düşmüşük..

TƏKBƏDƏN, TƏKYUMRUQ olmaqdan başqa çarəmiz yox. Tarix bizi yenə ağır sınağa çəkir.

CanTürkiyəmizin kədəri kədərimiz, acısı acımızdır. Əlimizdən gələn nə lazımdısa etməyə əmri-müntəzirik. Hətta varsa yolu-yatağı biz də haraya qoşaq, qollarımızı çirmələyək, insanlarımızı xilas edək daşın altından. Emosiyaları, duyğuları cilovlamaq hər nə qədər də qəliz iş olsa da, son dərəcə təmkinli, səbrli olmaqda da fayda var.

Hadisə ilə bağlı ürək bulandıran müxtəlif spekulyasiyalardan, konspiroloji cəfəngiyyatlardan, təxribatyaradıcı mövzulardan nə qədər uzaq dayansaq, bir o qədər milli-mənəvi duruşumuzu, düzgün məğrur simamızı nümayiş etdirmiş olacağıq. Belə kritik zamanlarda ən önəmli olan rəsmi xəbərlərə etibar etmək, rəsmi informasiyalar üzərindən fikir bildirməkdir. Mən də anlayıram ki, bütün ehtimalların, versiyaların yaşamaq haqqı var, ancaq indi onun yeri və zamanı deyil.

Uca Tanrı həyatını itirən qardaş və bacılarımıza rəhmət eləsin. Həyatda qalanlarımıza səbr, yaralananlara acil şəfalar diləyirik. Bu da keçəcək.

Başın sağ olsun Türkiye! Başımız sağ olsun!

CANTÜRKİYƏMİZİN YANINDAYIQ!

Rəşad Bakuvi
AY Partiya Başqan müavini


Xəbər 758 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +