Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


04.02.2023  12:39 

Nədən media, jurnalistin müstəqilliyi önəmlidir?





A+  A-

Müstəqil mediaya kimsə drektivlə, sifarişlə yazı yazdıra bilməz.

Müstəqil mediaya kimsə “istiqamət” verə bilməz. Müstəqil media öz azadlığına düşkündür, ələbaxımlı olmağı qəbul etməz.

Müstəqil jurnalist öz şəxsiyyətinə hörmət edəndir, dürüstdür, tərəfsizdir, qərəzsizdir, adildir, obyektivdir, balanslıdır, işgüzardır.

Müstəqil jurnalist nəinki sifarişlə yazı yazmaz, hətta sifarişi özünə təhqir hesab edib, bunu ictimailəşdirərək ictimai qınağa çəkər…

Müstəqil jurnalist hüquqa və etikaya hörmət edər, əməl edər. Heç kimin mənafeyinə qəsdən, qərəzli ziyan vurmağı hədəfləməz.

Faktı olmadan öz yuxularını, “fakt” kimi cəmiyyətə sırımağa qalxmaz. İnsanların nüfuzunu əsassız və qəsdən bir sifarişlə ləkələməz, insanlara çamur atmaz.

Müstəqil jurnalist propoqandaya alət olmaz, yalan xəbər tirajlamaz, “yuxarıdan” gələn əmrlərlə xora qoşulub, qaralama kampaniyasında iştirak etməz, şəxsiyyətini, peşə nüfuzunu qoruyar…

Müstəqil jurnalist “çörək” xətrinə təmiz adamlara böhtan atmaz, minnətli çörək yeməz, yalnız halal əməyinə güvənər.

Müstəqil jurnalist, haqqında yazdığı şəxsin gözünün içinə baxaraq doğruları söylədiyindən qürür duyar və haqsızlığa, ədalətsizliyə müticə boyun əyməz. Yalnız haqqın və haqlının yanında durar.

Bəli, mən müstəqil medianı və müstəqil jurnalistikanı dəstəkləmişəm, dəstəkləyirəm və dəstəkləməyə davam edəcəyəm.

Müstəqil mediaya, müstəqil jurnalistikaya son verməyi hədəf seçən, jurnalistikanı və medianı “ipoteka” altına alan bütün hökumət qərarları, qanunları, icrayi fəaliyyətləri tənqid edəcəyəm, doğruları söyləməyə və göstərməyə davam edəcəyəm.

Yaxşı olardı ki, sifarişli yazı yazdıran, direktivlər göndərənlər də öz “qələmşorlarına” başa salsın ki, Ələsgər Məmmədli müstəqil medainı, media azadlığını diffamasiyadan qorumağa çalışır, bu istiqamətdə qanun layihələri yazıb, təkliflərlə çıxış edib mütəmadi müstəqil medianı və müstəqil jurnalistləri müdafiə edir, edəcək.

Mən propoqandistləri, sifarişlə “mirzə”lik edənləri, jurnalistika adının arxasında gizlənib, qarayaxma, böhtan, təhqir, iftira atanları nə dəstəkləyir, nə də adam hesab edirəm - onları canlı olsalar belə... Onların nə yazıb, danışması da ictimai çəkisi olmadığı qədər əhəmiyyətsiz və önəmsizdir, yəni: it hürür, karvan yürür!

Ələsgər Məmmədli
Media eksperti


Xəbər 528 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +