İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


03.02.2023  10:46 

Tələbələrə güzəştli ictimai nəqliyyat təklif olunur





A+  A-

"AY Partiya təklif edir ki, tələbələr üçün 17 manata 230 gedişlik aylıq nəqliyyat kartı tətbiq edilsin. 230 gediş sayını çox hesab edənlər, bu rəqəmi optimallaşdırıb 180-200 gedişlik də edə bilər. Əsl mahiyyət dövlətin öz tələbəsinin, öz gəncinin yanında olmasını fiziki olaraq nümayiş etdirməsidir".

Təklifləri XəzərNews.az-a şərh edən AY Partiya Başqan müavini Rəşad Bakuvi bildirib ki, tələbələrin onsuz da sosial-iqtisadi güzəranı qənaətbəxş deyil:

"Cüzi tələbə sayını çıxsaq, əksəriyyət ehtiyac içində boğulur, bu isə əlavə stres, depressiya, problemlərdir. Nə normal yaşamağa yataqxana tapa bilirlər, nə də kəllə-çarxa qalxan kirayə qiymətlərindən yaşayış üçün uyğun mənzil. Hələ bunun normal qidalanmağı, asudə vaxtını səmərəli keçirməyi, gəzməyi-dolanmağı var. Bütün bunlar isə xərcdir. Belə bir şəraitdə bir də yaxşı oxumaq dərdi yaranır. Düşünürük ki, heç olmasa ictimai nəqliyyatda güzəştli limitsiz kartlara sahib olsunlar ki, şəhərdaxili necə hərəkət etməyin qayğısı əzməsin tələbələrimizi. Hesablasaq nə qədər tələbə var ki? Bizə görə, dövlətin öz tələbəsini aylıq limitsiz ictimai nəqliyyat kartı ilə təmin etməsi sıxıntı yaratmamalıdır, bundan ötrü respublikamızın kifayət qədər maliyyə resursu var".

R.Bakuvi qeyd edib ki, gənclik hər bir toplumun demoqrafik, siyasi və sosial-iqtisadi rifahı, tərəqqisi üçün bir resurs, bir enerji mənbəyidir:

"Sağlam gənclərin üstünlük təşkil etdiyi dövlətin, cəmiyyətin bütün sahələrində rifah və dinamik yüksəliş şansı daha böyükdür. Gənclərin üzərinə böyük məsuliyyət və ümid qoyulmasına baxmayaraq, gənclər cəmiyyətin ən həssas, müdafiəsiz təbəqələrindən biridir. İqtisadi güvənsizliklə yanaşı, Gənclər həm də müxtəlif sosial sarsıntılara və mənfi təsirlərə daha erkən məruz qalırlar. Müharibələr, xəstəliklərin yayılması, narkomaniya, alkoqolizm bəşəriyyət tarixində gənclərin üzləşdiyi çoxsaylı çətinliklərdən yalnız bir neçəsidir. Gənclərimizi hər mənada qorumaq, müdafiə etmək bizim borcumuzdur!"

Xəbər 632 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +