İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


01.02.2023  10:02 

İlahiyyatçı Ruhullah Novruzzadə də həbs olundu





A+  A-

“Mizan Maarif Mərkəzi” İctimai Birliyinin baş direktoru, ilahiyyatçı Ruhullah Novruzzadənin həbs olunduğu bildirilir.

XəzərNews.az xəbər verir ki, bu barədə onun yaxınları Meydan TV-yə məlumat veriblər.
Onlar bildiriblər ki, Ruhullah Novruzzadənin saxlanma səbəbləri haqda dəqiq məlumat verilməsə də, ona qarşı narkotik ittihamı irəli sürüldüyü deyilib:

“Əlbəttə ki, bu ittiham absurddur, gülüncdür. Ruhullah Novruzzadə hara, narkotik hara?! Onun rəhbərlik etdiyi mərkəz yüksək əxlaqi, insani dəyərlərin təbliği ilə məşğuldur. Özü də insanları pis işlərdən çəkindirməyə çalışır. Onsuz da kimi şərləyib tuturlarsa, narkotik ittihamı verirlər. Bu, aydın məsələdir. Amma niyə tutublar, ondan nə istəyirlər, bunu da bilmirik”.

Ruhullah Novruzzadə ilə yanaşı, son günlərdə daha bir inanclı fəalın da narkotik ittihamıyla həbs olunduğu bildirilir. Müsəlman Birliyi Hərəkatından verilən məlumata görə, təşkilatın üzvü Azad Kərimovu yanvarın 30-da polislər yaşadığı evdən Nəsimi Rayon Polis İdarəsinə aparıb:

“Ailəsinin dediyinə görə, polislər təxminən saat 13:30 radələrində gəliblər. Heç bir səbəb də göstərməyiblər. Sonra Azad Kərimov evlə əlaqə saxlayıb, deyib ki, onu həbs qərarı almaq üçün məhkəməyə aparacaqlar. Ailəsi səbəbi soruşub. Deyib ki, ona narkotik ittihamı veriblər. Azadı tanıyanlar bilir ki, bu böhtan ona yapışan deyil.

Günahsız insanları bu cür böhtanlarla həbsə göndərmək adətlərindən nə vaxt əl çəkəcəklər, bu maraqlıdır. Aydın məsələdir ki, Azad Kərimovun həbsinin bir səbəbi var – Müsəlman Birliyi Hərəkatının üzvü olması. Onun heç bir qanunazidd hərəkəti yoxdur”.

Bildirilib ki, Ruhullah Novruzzadə 2011-ci ildə qanunsuz silah saxlama, iğtişaş yaratmaya cəhd və s. ittihamlarla həbs olunub, 11 il azadlıqdan məhrum edilmiş ilahiyyatçı Abgül Süleymanovun qaynıdır. Abgül Süleymanov 2022-ci ilin sentyabrında azadlığa buraxılıb.

Ruhullah Novruzzadə Qum Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olub. O, təhsil aldığı dövrdə xəstə atasına baş çəkməyə gələrkən hava limanında məlum olub ki, ölkəyə girişinə qadağa qoyulub. Bundan sonra Ruhullah Novruzzadə məhkəməyə müraciət edərək, qadağanın götürülməsinə nail olub.

Xəbər 519 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +