Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


23.01.2023  14:00 

İran və İslam





A+  A-

“Müsəlmanlar bir-birinə qardaşdırlar” – bunu Peyğəmbərimiz buyurub. Bu hikmətamiz kəlam heç şübhəsiz ki, islam dininin əsas mahiyyətinin nədən ibarət olduğunu əyani şəkildə isbatlayır. Buradan bir daha aydın olur ki, islam sülh, sabitlik, əmin-amanlıq, qardaşlıq dinidir. Həmçinin, “müsəlman qardaşlığı” adı altında birləşmək, vahid ideya uğrunda mübarizə aparmaq müqəddəs dinimizin təməl prinsiplərindəndir.

Lakin gəlin görək, müsəlmanlar həqiqətən də (islam rəhbərinin buyurduğu kimi) qardaşdırlarmı? Bugünün reallığına uyğun olaraq deyə bilərik ki, yox. Hətta, belə bir qardaşlığı nəinki istəmirlər, hətta arzulamırlar da. Bunu yaxın qonşumuz olan İran İslam Respublikasının timsalında daha aydın görmək olar. Bəs, buna səbəb nədir?​ ​ ​ ​

Özünü İslam respublikası adlandıran İranın daxili və xarici siyasətini “siyasiləşdirilmiş” islam qanunları tənzimlədiyindən burada ümmətçilik qeyri-stabil müstəviyə keçib. Məsələn, qeyri-müsəlman dövləti olan İsrailə patoloji nifrəti İranı fələstinlilərlə (çox asanlıqla və həm də qeyri-səmimi) ümmətçilikdə birləşdirir. Amma təcavüzkar Ermənistanla hər cür iş birliyinə qatılır, hətta Azərbaycanın haqlı mövqeyinin əleyhinə gedərək, özünün keçilməz “qırmızı xəttini”də işarələməkdən belə çəkinmir. İslam bunumu diqtə edir? Budurmu, müsəlman həmrəyliyi (qardaşlığı)? ​ Demək, buradan bir daha aydın olur ki, yaşıl “libasa” bürünərək özünü islam təəssübkeşi kimi qələmə verən İranın dövlət maraqları büsbütün ümmətçiliyi önləyir, yəni “müsəlman qardaşlığı və İran” ifadəsi tamamilə bir-birinin əksidir. Qənaətimə görə, İran illər öncə öz dövlət atributuna calağ etdiyi “islam” sözündən imtina etsə, daha düzgün addım atmış olar. Həqiqətən də bu gün “İran” və “islam” sözü baş verənlərin fonunda bir-birini inkar edən kəlmələr kimi görünür. ​ Əslində, təcavüzkar Ermənistanı özünə müttəfiq hesab edərək, onu silahlandıran, onun maraqlarını “qırmızı xəttdə”də “yaşıl” rəngə bürüyən İranı islamla eyniləşdirməyin özü belə qəbahət hesab olunmalıdır. ​ ​

Son aylar İranda baş verənlər dünya ölkələrini narahat etməkdədir. İndi aydın şəkildə görünür ki, bu ölkədə cərəyan edənlər islamla, ümumən isə insanlıqla daban-dabana ziddir. Öz xalqının qanına susayan molla rejimi azadlıq mücadiləsinə qalxan dinc insanlara qarşı bütün zorakı metodlardan istifadə etməkdən belə çəkinmir - onlara amansız divan tutmaqla əsil simasını bir daha nümayiş etdirir. Əslində, müsəlman ölkələrinə “şəriət hökmlərini” püskürən İranın gerçək siması bütün baxış bucaqlarından eyni cür görünür: islami dəyərlərə sayğısızlıq bu ölkənin dövlət siyasətilə eynilik təşkil edir və bunun ayrı adı yoxdur. ​ ​

Bu ölkənin öz müsəlman qonşusuna – Azərbaycan Respublikasına qarşı aqressiv hərəkətləri, onu haqsız yerə ittiham etməsi əsla başadüşülən deyil. Bu gün bizi islami dəyərlərə sayğısızlıqda ittiham edən İran İslam Respublikası öz ölkəsində dini ehkamları zor müstəvisində həyata keçirməyi özünün ana qayəsi bilməklə yanaşı, bütün bəşəri dəyərləri ayaqlar altına ataraq, hətta bizi özünün “bir paçası” hesab etməkdən belə çəkinmir. Amma unudur ki, Azərbaycan respublikasının müsəlman əhalisi öz dini etiqadında sabitqədəmdir, hətta 70 illik sovet dönəmində belə dinini, imanını, etiqadını (həmçinin də ana dilinin saflığını) qoruyub saxlaya bilmişdir. Müstəqilliyin bərpasından sonra azan səsi ölkənin hər bir guşəsində ecazkarlıqla səslənməkdədir. Məsələnin ən ümdə tərəfi odur ki, müqəddəs dinimizin ehkamlarına uyğun (eyni zamanda İrandan fərqli) olaraq, ölkəmizdə heç nəyin məcburiyyət müstəvisində həllinə nail olunmur. Hər kəs öz seçimində azaddır və dini etiqad azadlığına uyğun olaraq, ibadətini həyata keçirir.

Bu gün mübaliğəsiz söyləyə bilərik ki, Azərbaycan həm də tolerant bir ölkədir və tolerantlıq əbədi olaraq burada yaşayan xalqların genetik koduna şifrələnib, sanki ölkənin vizit kartına çevrilib. Ölkəmiz mehriban qonşuluğu, dinc yanaşı yaşamanı, sərhədlərin və ərazi bütövlüyünün toxunulmazlığını daim özünün əsas qayəsi hesab edib və haqlı olaraq digərlərindən də eyni münasibətin sərgilənməsini istəyir. Amma təəssüflər olsun ki, özünü dünya müsəlmanlarına örnək hesab edən bir ölkənin “qırmızı xətti” təcavüzkar bir ölkənin maraqlarının müdafiəsindən keçir.

İran gerçək olan bir həqiqəti unutmamalıdır ki, hər bir ölkənin dəyəri onun coğrafi ərazisinin böyüklüyündə-küçükliyində ​ deyil, xalqının mübarizə ruhunda, əzm və iradəsindədir. Bu gün bizi kiçik hesab edən və bəzən həddini aşaraq özünün bir parçası hesab edən “islam təəssübkeşləri” görünür, xalqımızın mübarizlik ruhunu gərəyincə dəyərləndirməyi əxz etməyiblər. Müzəffər ordumuzun 44 günlük Vətən savaşında göstərdiyiqəhrəmanlıq səlnaməsi hətta “din qardaşlarımızın” da “qırmızı cizgisinə” əbədi qara çələng hörməyə müvəffəq oldu. Vətən sevgisi ulu babalarımızdan bizə miras qalmış əmanətdir, onu göz bəbəyi kimi qorumaq hər bir ölkə vətəndaşının müqəddəs borcudur. Onun hər bir guşəsi, hər qarışı bizim keçilməz qırmızı xəttimizdir. Bunu “din qardaşlarımızın” bilməməsi təbii ki, mümkünsüzdür. Təkrar edirik ki, heç zaman unutmasınlar - yəni həddini aşmamağa cəsarət etməsinlər.

Vurğuladığımız kimi, dinimizin təməlində sülhə çağırış vardır. Dövlətimiz, bu prinsipə söykənərək regionda dinc və mehriban qonşuluq münasibətlərinin, sülh,əmin-amanlıq şəraitinin bərqərar olmasında hər zaman maraqlı olub. Bu, birbaşa olaraq bizim dövlət siyasətimizin təməl prinsiplərindəndir. Çox istərdik ki, İran İslam Respublikası da eyni prinsipləri özünün dövlət siyasətilə uyğunlaşdırıb, öz mənfur siyasətindən əl çəksin. Bu, həm regionumuza, həm də dinimizə dəyərli​ bir töhfə olar.

Ayiq Səmədov
XəzərNews.az



Xəbər 966 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +