Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


27.12.2022  18:35 

UABD sədri Hikmət Cavadov “İnterfaks-Ukrayna”da mətbuat konfransı keçirdi





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov bu gün “İnterfaks-Ukrayna”nın mətbuat mərkəzində mətbuat konfransı keçirib.

XəzərNews.az xəbər verir ki, tədbirin mövzusu Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi zonada Azərbaycanın təbii sərvətlərinin oğurlanması, o cümlədən Ukraynada və Azərbaycanın Qarabağ iqtisadi rayonunda baş verən hadisələrlə bağlı həqiqətləri Ukrayna ictimaiyyətinin diqqətinə çatdırmaq olub.

“Rus təbliğatçıları həmişə yalanı sürətli təkrarlayıblar. Rus dezinformatorları və manipulyatorları yalnız Ukraynaya qarşı işləyir? Əlbəttə, yox. Oxşar yanaşma artıq çoxdandır ki, Ermənistan mediası, siyasətçiləri və ictimai xadimləri tərəfindən də tətbiq olunur”, - deyə H.Cavadov bildirib.

UABD sədri xatırladıb ki, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Ermənistan-Azərbaycan müharibəsinə son qoyulması ilə bağlı üçtərəfli bəyanat imzalanıb:

“Bundan sonra bu bəyanatın 4-cü bəndinə əsasən, erməni silahlı separatçılarının geri çəkilməsi ilə paralel Rusiya sülhməramlı kontingenti müvəqqəti olaraq Azərbaycan ərazisinə yerləşdirilir. Bu məqam Rusiya sülhməramlılarının himayəsi altında ermənilər tərəfindən yerinə yetirilməyib. Rəsmi Bakı dəfələrlə həm Moskvanın, həm də İrəvanın diqqətini bu fakta yönəldib”.



H.Cavadov bildirib ki, hazırda Azərbaycan ictimaiyyəti, siyasətçilər, media bu maddəyə əməl olunmasını tələb edir:

“Əminəm ki, bu, həyata keçiriləcək və Rusiya sülhməramlıları müvəqqəti qaldıqları zonanı tərk edəcəklər”.

H.Cavadov onu da qeyd edib ki, Rusiya sülhməramlıları Azərbaycanın təbii sərvətlərinin talanmasına havadarlıq edirlər:

“Fakt budur ki, Azərbaycan prezidenti İlham Əliyev 2021-ci il iyulun 7-də “Azərbaycan Respublikasında iqtisadi rayonlarının yeni bölgüsü haqqında” sərəncam imzalayıb. Beləliklə, Azərbaycanın 14 iqtisadi rayonundan biri olan Qarabağ iqtisadi rayonu yaradılıb. Bura həm də hazırda etnik ermənilərin məskunlaşdığı ərazilər daxildir”.

O, həmçinin xatırladıb ki, oktyabrın əvvəlində Praqada Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyanın, eləcə də Avropa Şurasının sədri Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilən görüşdən sonra Ermənistan öz öhdəliklərinə sadiqliyini bir daha təsdiqləməyə məcbur olub:

“Beləliklə, rəsmi İrəvan qəbul etdi ki, həm Xankəndi, həm də bütün Qarabağ iqtisadi rayonu bizim ölkənin ərazisidir. Sadə dillə desək, Ermənistan Qarabağ ermənilərinin Azərbaycanın Ermənistan tərəfindən tanınan ərazisində yaşadığını tanıyıb. Orada isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda Qızılbulaq qızıl yatağı və Dəmirli mis-molibden yatağının qanunsuz istismarını davam etdirirlər. Azərbaycan tərəfi haqlı və qanuni olaraq öz ərazisində monitorinq keçirilməsini tələb edib”.

H.Cavadov qeyd edib ki, Rusiyada milyardlar qazanan erməni oliqarx Ruben Vardanyan və Qarabağ separatçıları Azərbaycan tərəfinin haqlı tələblərini yerinə yetirməkdən imtina edirlər:

“Və Qarabağ separatçıları tərəfindən Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə şərik olan Rusiya sülhməramlıları Laçın dəhlizini bağlayaraq, azərbaycanlı ekoloqların və fəalların öz ərazilərinə daxil olmalarına mane olublar”.



O vurğulayıb ki, UABD hazırda etiraz aksiyası keçirən, haqlı tələblərinin yerinə yetirilməsini tələb edən azərbaycanlı fəalların hərəkətlərini tam dəstəkləyir:

“UABD həmçinin Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti dislokasiya zonasından tezliklə çıxarılmasını tələb edir”.

Xəbər 680 dəfə oxunub.




15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +