Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


19.12.2022  20:37 

Masallı, Cəlilabad və Yardımlı dindarları İrana qarşı... - Bəyanat





A+  A-

Masallı, Cəlilabad və Yardımlı rayonlarının dindararı İran İslam Respublikasının ölkəmizə qarşı yürütdüyü siyasətə etiraz olaraq bəyanat yayıblar.

XəzərNews.az-a daxil olan bəyanatda deyilir:

- Son günlər İranda baş verənlər, təkcə islam ölkələrini deyil, bütün bəşəriyyəti narahat etməkdədir. İllərdir ki, özünü islam təəssübkeşi, müsəlman birliyinin simvolu kimi qələmə versə də, son aylar bu ölkədə cərəyan edənlər islamla, ümumən isə insanlıqla daban-dabana ziddir. Azadlıq mücadiləsinə qalxan xalqa qarşı bütün zorakı metodlardan istifadə edən, onlara amansız divan tutan bir ölkənin öz müsəlman qonşusuna qarşı aqressiv hərəkətləri, onu haqsız yerə günahlandırması isə əsla başadüşülən deyil.

Bu gün bizi islami dəyərlərə sayğısızlıqda ittiham edən İran İslam Respublikası öz ölkəsində dini ehkamları zor müstəvisində həyata keçirməyi özünün ana qayəsi bilməklə yanaşı, bizi özünün “bir paçası” hesab etdiyini düşünür. Amma unudur ki, Azərbaycan respublikasının müsəlman əhalisi hətta 70 illik sovet dönəmində - məscidlərin qapısında qara qıfıllar asıldığı bir dönəmdə din içində dininin, imanının, etiqadının, dil içində isə dilinin saflığını qoruyub saxlaya bilmişdir.

Müstəqilliyin bərpasından sonra ölkəmizin hər yerində, ən ucqar yaşayış məntəqələrində belə yeni, müasir arxitekuraya malik məscidlər inşa edilmiş və edilməkdə, azan səsi ölkənin hər bir guşəsində ecazkarlıqla səslənməkdədir.

Müqəddəs dinimizin ehkamlarına uyğun olaraq, ölkəmizdə heç nəyin məcburiyyət müstəvisində həllinə nail olunmur. Burada – müstəqil və azad Azərbaycanımızda hər kəs öz seçimini sərbəst şəkildə seçir, dini etiqad azadlığına uyğun olaraq, ibadətini həyata keçirir. Saxta müsəlman təəsübkeşlərindən fərqli olaraq, hər zaman olduğu kimi, bu gün də Azərbaycan Respublikası mehriban qonşuluğu, dinc yanaşı yaşamanı, sərhədlərin və ərazi bütövlüyünün toxunulmazlığını özünün əsas qayəsi hesab edir, haqlı olaraq digərlərindən də eyni münasibətin sərgilənməsini istəyir.

Təəssüflər olsun ki, islamın yaşıl rənginə bürünməklə özünü dünya müsəlmanlarına örnək hesab edən bir ölkənin “qırmızı xətti” təcavüzkar bir ölkənin maraqlarının müdafiəsindən keçir. Təbii ki, biz dindarlar İranın islamla əsla uyuşmayan bu iyrənc siyasətinə qətii etirazımızı bildiririk.

Bəyənatda vurğulanır ki, uzun illər havadarlarının yardımı sayəsində torpaqlarımızın 20 faizini işğal altında saxlayan, günahsız dinc müsəlman əhalinin qanını axıdan, insanlarını qaçqına-köçkünə çevirən, müqəddəs ibadətgahlarımızı xarabazara çevirən, məscidlərimizdə donuz saxlayan təcavüzkar Ermənistanı özünə müttəfiq hesab edərək, onu silahlandıran, onun maraqlarını “qırmızı xətt”də “yaşıl” rəngə bürüyən İranı islamla eyniləşdirməyin özü belə günah hesab olunmalıdır. Bu gün “İran” və “islam” sözü bu baş verənlərin fonunda bir-birini inkar edən kəlmələrdir.

Vətən hər bir müsəlman üçün ən mühüm məfhumdur. Xalqımız bütün zamanlarda vətəni ana ilə bərabər hesab etmiş, bu iki sözü daim yanaşı işlətmişlər. Vətən sevgisi ulu babalarımızdan bizə miras qalmış əmanətdir, onu göz bəbəyi kimi qorumaq, candan əziz bilib ona can demək hər bir ölkə vətəndaşının müqəddəs borcudur. Vətən həm də bir namus yurdudur. Onun hər bir guşəsi, hər qarışı bizim keçilməz qırmızı xəttimizdir.

Bunu “din qardaşlarımızın” bilməsi, yəni həddini aşmaması gərəkən vacib məsələdir.
Dinimizin buyurduğu kimi, Vətəni qorumaq imandandır. Biz, bu məsələdə sabitqədəmik və buna heç kimin şübhəsi olmasın.











Xəbər 1714 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +