Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


01.12.2022  16:00 

“Azərbaycanın iştirakı olmadan vasitəçilik səyləri mənasızdır” - Lavrov





A+  A-

“Brüsseldə delimitasiya komissiyasının iclasını keçirirlər. Ermənilər də, azərbaycanlılar da nəzakətli adamlardır, ora gedirlər. Ancaq delimitasiyanı yalnız Rusiya Baş Qərargahında mövcud olan keçmiş sovet respublikalarının xəritəsi olmadan necə müzakirə etmək olar”.

XəzərNews.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Qərb ölkələri ATƏT-in Minsk Qrupunu məhv etdikdən sonra Rusiya Federasiyasının Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səylərinə müdaxilə etməyə çalışıb: "Amma bu, nəticəsiz qalır".

Lavrovun sözlərinə görə, 2020-ci ilin sentyabr-oktyabr aylarında Qarabağda baş verən 44 günlük müharibədən sonra Rusiya bu regionda nəqliyyat və iqtisadi dəhlizlərin açılmasında Ermənistan və Azərbaycan tərəflərinə yardımı davam etdirib və edir ki, bu da yalnız Ermənistan və Azərbaycan, həm də digər qonşu ölkələrə - Türkiyə, İran, Gürcüstan və Rusiya Federasiyasının inkişafına təkan verəcək.

“Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasında hər iki tərəfə köməklik göstərəcək. Biz razılaşdıq ki, Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara kömək edəcək. Bütün bunlar Rusiya Federasiyası, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında keçirilən sammitlərin nəticəsi idi.

Paralel olaraq digər oyunçuların bu proseslərə müdaxilə etmək üçün konvulsiv cəhdlərini müşahidə etdik. Bununla bağlı heç bir problem yaşamadıq.

İrəvan və Bakı ilə təmaslarımızda qeyd etdiyimiz yeganə məqam o oldu ki, xüsusi hərbi əməliyyat başlayandan sonra Qərb rəsmi olaraq Vaşinqton və Paris vasitəsilə Rusiya ilə heç bir yerdə, heç bir formatda əməkdaşlıq etməyəcəklərini bəyan etdi. Bununla da ATƏT-in Minsk Qrupunun fəaliyyətini başa vurduqlarını bəyan etdilər. Ona görə də erməni həmkarlarımız hərdən bu Minsk qrupunun adını çəkəndə, onlara deyirik ki, bu, bizə aid məsələ deyil, ABŞ-ın, bu qrupu çağırmayacaqlarını bildirən Fransanın problemidir və təbii ki, Azərbaycan üçün problemdir, çünki Azərbaycanın iştirakı olmadan hər hansı vasitəçilik səyləri mənasızdır”, - deyə Lavrov vurğulayıb.



Xəbər 545 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +