İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


28.11.2022  12:21 

“Kontakt Home” 8 gündür müştərini aldadır: “Mal yoldadır, gətirirlər”





A+  A-

“Kontakt Home” şirkətini heç vaxt belə təsəvvür etməzdim. Şirkətin telefonları zəngə cavab vermir, əməkdaşları müştəriləri aldadır, xidmətin keyfiyyəti monitorinq edilmir, heç bir daxili nəzarət yoxdur və s”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə tanınmış ictimai xadim Fərasət Qurbanov çıxış edib.

F.Qurbanov bildirib ki, səhətində böyük problemi olan xəstə bir xanım “Kontakt Home”dan soyuducu alıb:

“Soyuducunun ödənişini nağd şəkildə 8 gün bundan əvvəl etməsinə baxmayaraq hələ də malını ala bilmir. “Kontakt Home”un əməkdaşları gah 2 günə, gah 4 günə, gah da 6 günə soyuducunun müştəriyə çatdırılacağını bildirirlər. Amma üstündən 8 gün keçməsinə baxmayaraq soyuducu müştəriyə təhvil verilməyib. Dünən, yəni noyabrın 27-də şirkətin xanım operatorlarından biri deyir ki, “mal yoldadır, gətirirlər”.

F.Qurbanov bildirib ki, “Kontakt Home”un Azadlıq metriostansiyasının yanındakı filialın mağazasından həmin xanımın yaşadığı ünvana qədər cəmi 1 km. məsafədir:

“Dünən “yolda olan” “Kontakt Home”un əməkdaşları 1 km. məsafəni hələ də gəlib çıxa bilməyiblər. Bu halın özü “Kontakt Home”un mallarının keyfiyyəti haqda da şübhələr yaradır. Belə təsəvvür və şübhələr yaranır ki, həmin soyuducudan “Kontakt Home”un mağazasında yoxdur, şirkət topdansatış yerlərini gəzərək həmin markadan olan soyuducunu axtarır. Özündə olsaydı gətirib quraşdırardı. Avtomatlaşdırılmış telefonlarla da şirkətlə əlaqə saxlamaq çox çətindir, e-mailllərə və mesajlara cavab verilmir. Dünən birtəhər telefonlara düşə bildik. Şirkətin Emin adlı bir operatoruna həmin xanım dərdini danışıb irad bildirəndə “gəlin sabah pulunuzu geri alın” cavabını aldı“.

F.Qurbanov əlavə edir ki, o, heç vaxt bu qəbildən olan mövzulara dair paylaşımlar etdmir:

“Amma xəstə qadına qarşı olunan bu qədər haqsızlığa, məsiliyyətsizliyə və zülmə biganə qala bilmədim. Belə rəftar və xidmət “Kontakt Home” rəhbərliyinin dəst xətti olmasını düşünmürəm. Yəqin ki, rəhbərlik əməkdaşlarını cəzalandıracaq və bu barədə müştəriyə bildirəcək. Əks halda bu yanaşma bütövlükdə “Kontakt Home”un bərbad və keyfiyətsiz ximəti və mahiyyətini ifadə edəcək. Bu haqda sizləri məlumatlandırmaqla, gələcəkdə “Kontakt Home”dan mal alarkən ehtiyatlı olmağınızı bildirmək istədim. Öz növbəmdə isə yalnız bunu deyə bhilərəm: “Sadəcə, ayıb olsun!”

Hacı
XəzərNews.az


Xəbər 704 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +