Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


24.08.2022  10:50 

“Xoşluqla olubsa, təcavüz yoxdursa, normal bir şeydir“ - Baba Vəziroğlu





A+  A-

Onun "Məhəbbət qadağan olunmayıb, orda bir zorakılıq da yoxdur ki, kimsə də cinayət məsuliyyətinə cəlb olunsun. Mehribançılıq ediblər, cəhənnəmə etsinlər. Özləri bilərlər" sözləri sosial şəbəkədə narazılıq yaradıb. İzləyicilər şairin iş yerində bu cür hərəkət edən birinə haqq qazandırmasını tənqid ediblər.

XəzərNews.az xəbər verir ki, cebhe.info-ya danışan Baba Vəziroğlu dediyi fikirləri təsdiqləyib.

Şair "Azərbaycanda hansı həqiqəti söyləyirsən qınağa səbəb olur" deməklə ona yönələn tənqidlərə cavab verib:

"Gərək mən də deyərdim ki, bu nədir-zad? Ətraflı danışmışam. Sadəcə sözü kontekstdən çıxarırlar. Hansı idarə belə şeylərdən sığortalanıb? Bundan çirkin vasitə kimi istifadə edib nazirliyin rəhbərliyinə yönəltmək onların gördüyü işdən də biabırçı işdir. Burada nə var ki? Xoşqədəmin, Zaurun verilişinə baxırıq, Azərbaycanda nələr baş verir... İndi yüzlərlə işçisi olan nazirlikdə məhəbbət məcarası baş veribsə, bunu bu qədər şişirtməyin nə mənası var? Əgər bu, xoşluqla olubsa, təcavüz yoxdursa, normal bir şeydir. Mehribançılıqdır. İndi deyək ki, orada eləməyəydilər, başqa yerdə edəydilər. Başqa yerdə olur, orada yox?"

Şairin fikrincə, görünür həmin nazirliyin rəhbərliyində boşluq olub ki, belə hadisə baş verib:

"Belə hadisəni yaymaq, müzakirəyə çevirmək, kişi cəhənnəmə, qadınların sifətlərini açıq göstərmək olmaz. Axı onların qardaşları, balaları var, ayıbdır. Bu videonu yayanlar o işi görəndən də iyrənc iş görüblər. Gecə barlarında nələr baş verir... Azərbaycanda deyirlər ki, tutulmayan oğru oğru deyil. İndi əllərinə fürsət düşdü, məqsədləri üçün bundan istifadə edirlər. Televiziyaları qınamayın. Ora gələnlər Aydan, Marsdan gəlmir. Bizi göstərirlər, televiziya güzgümüzdür. Gəlin, güzgünü sındırmayaq, özümüzü düzəldək. Cəmiyyət seks acıdır, intriqa acıdır, böhtan acıdır. Cəmiyyət mən qarışıq bizik də. Dünyada iki cür insan var: kamil insan, cahil insan var. Deməli, bəlkə də hələ 99 faizi cahildir. Anamırlar ki, ay balam, nazirliyin bir küncündə baş verən hadisəni bu dərəcədə ictimailəşdirmək, şişirtmək nəyə laızmdır? Mən acıqla "cəhənnəmə etsinlər" demişəm. Məhəbbət azaddır. Burada təcavüz faktına rast gəlinməyib. Gedib o videonu yayanların "pastelinə" nəzər salsaq, bəlkə də ondan da böyük biabırçılıqlara rast gələrik. Deyir ki, öz gözündə tiri görməyənlər başqasının gözündə qıl axtarır. Bu iş ya idarədə olur, ya da evdə də. İndi iki yerimiz var də. İdarədə olubsa da cəhənnəmə olsun, indi mən neyniyim buna? İdarədə olanda rəhbərlik tutub cəzalandırır. Məhəbbətə görə cinayət işi qaldırılmayıb ha. Məhəbbət qarşılıqlıdırsa, ona qarşı cinayət işi olmur. Orada yayılma, ictimailəşdirmə faktına görə bu iş açılıb. Yazıq FHN işçiləri düşmənin qabağına gedib, meşələri söndürürlər. Hər yer mina, kolun dibində düşmən. Bunu da yazın da".

Xəbər 6420 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +