Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


03.08.2022  14:00 

Pensiya yaşını keçmiş icra başçıları - Adlar





A+  A-

2018-ci ildə keçirilən prezident seçkisindən sonra hakimiyyətin başlatdığı kadr dəyişiklikləri ilk olaraq pensiya yaşı çatmış məmurların karyerasına son qoydu.

Baş nazirlərin müavinləri Hacıbala Abutalıbov, Əli Həsənov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin istefası ilə başlayan proses daha sonra demək olar ki, bütövlükdə hakimiyyət komandasını əhatə etdi.

Həmin dövrdə pensiya yaşına çatmış icra başçılarından da bəziləri işdən çıxarıldılar. Lakin pensiya yaşının çoxdan ötməsinə baxmayaraq hələ də vəzifədə olan icra başçıları var və onların sayı az deyil.

XəzərNews.az “Qaynarinfo”ya istinadən həmin icra başçılarının siyahısını təqdim edir:

Samux rayonunun icra başçısı Alı Qocayev - 1947-ci ildə anadan olub, 75 yaş.

Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə - 1947-ci ildə anadan olub, 75 yaş.

Şuşa şəhərinin icra başçısı Bayram Səfərov - 1951-ci ildə anadan olub, 71 yaş.

Qobustan rayonunun icra başçısı Adil Məmmədov - 1952-ci ildə anadan olub, 70 yaş.

Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynov - 1953-cü ildə anadan olub, 69 yaş.

Qubadlı rayonunun icra başçısı Malik İsaqov - 1953-cü ildə anadan olub, 69 yaş.

Ağdaş rayonunun icra başçısı Tofiq İbrahimov - 1954-cü ildə anadan olub, 68 yaş.

Siyəzən rayonunun icra başçısı Novruz Novruzov - 1954-cü ildə anadan olub, 68 yaş.

Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov - 1954-cü ildə anadan olub, 68 yaş.

Füzuli rayonunun icra başçısı Alı Alıyev - 1955-ci ildə anadan olub, 67 yaş.

Zərdab rayonunun icra başçısı Mərdan Camalov -1956-cı ildə anadan olub, 66 yaşı var.

Bakı şəhərinin icra başçısı Eldar Əzizov - 1957-ci ildə anadan olub, 65 yaş.

Xocalı rayonunun icra başçısı Şahmar Usubov - 1953-ci ildə anadan olub, 69 yaş.

Xatırladaq ki, Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınların isə 63-dür.

Xəbər 1379 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +