Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


24.06.2022  20:57 

Consonun köşə yazısı...





A+  A-

Böyük Britaniyanın baş naziri Boris Consonun iyunun 17-də gözlənilmədən Kiyevə səfər etdikdən sonra Rusiyanın işğalçı siyasətinə qarşı Ukraynanı dəstəkləmək məqsədilə yazdığı "İgid Ukraynadan üz döndərsək, heç vaxt təhlükəsiz olmayacağıq" başlıqlı köşə yazısı həqiqətən də təqdirə layiqdir.

Sözügedən köşə yazısında B.Consonun vurğulamaq istədiyi əsas məqam budur ki, Hitler kimi "qırmızı xətt"i keçən Putinə heç cürə güzəştə getmək olmaz. Onun fikrincə, "Putinə güzəştə getmək fəlakətə gətirib çıxara bilər. Çünki o, bunu əsassız təcavüzün mükafatı kimi qəbul edəcək".

Conson hesab edir ki, Putinin işğalçılıq "iştaha"sının qarşısını almaq üçün Ukraynanın strateji dözümlülüyünü təmin etmək və beynəlxalq ictimaiyyətdən Ukraynaya yeni siyasi, hərbi və maliyyə dəstəyi təmin etmək lazımdır.

İngilis baş nazir Putinin hiyləgər planı - müharibəni qəsdən uzatmaq, üzücü müharibə sayəsində Ukraynanı taqətdən salmaq və beləliklə, bu ölkənin şərq vilayətlərini işğal etmək planı, məhvetmə kampaniyası barədə danışıb. Bunu nəzərə alaraq Conson Ukraynanı dəstəkləyən ölkələrdə müharibə yorğunluğunun arta biləcəyi barədə də öncədən xəbərdarlıq edib. Lakin hər şeyə rəğmən Conson Vladimir Putinin bu cür hiyləgər məhvetmə kampaniyasının qarşısını kəsməyin vacibliyini vurğulayıb və qeyd edib ki, Qərb uzun sürən müharibəyə hazırlaşmalıdır.

Consonun fikrincə, həm Böyük Britaniya, həm də kollektiv Qərb Putinin planlarına mane olmaq, Ukraynanı gücləndirmək üçün ilk növbədə dörd mühüm addım atmalıdır. Bunlardan ikisi xüsusilə diqqəti cəlb edir.

Birinci addım - Ukraynanın daha tez və daha güclü silah, texnika, sursat və döyüş təlimləri almasını təmin etmək lazımdır. Bunun üçün Böyük Britaniyanın baş naziri hətta hər 120 gündə 10 000-ə qədər Ukrayna əsgərinə təlim keçməyə hazır olduqlarını bildirib.

İkinci addım - Ukrayna dövlətinin ayaqda qalmasına kömək etmək lazımdır ki, hökumət insanlara maaşları və təqaüdləri ödəyə bilsin, məktəbləri və xəstəxanaları idarə etsin, humanitar yardımları çatdırsın, mümkün olan yerlərdə yenidənqurma işlərinə başlasın, iş yerlərini bərpa etsin və s.

Almaniya kansleri Olaf Şolts B.Consonun təklif etdiyi ikinci addımı Ukrayna üçün "Marşal planı" kimi qiymətləndirib.

Fransa prezidenti Emmanuel Makron isə Putinin nazıyla uzun müddət oynadıqdan və Rusiyanın "simasını saxlamağa" çalışdıqdan sonra nəhayət ki, dərk edib ki, Avropa Ukrayna xalqına borcludur.

"Çünki onlar bizim dəyərlərimiz, öz suverenlikləri və ərazi bütövlükləri uğrunda döyüşürlər”, - deyə Makron bildirib.

Yaxşı ki, Boris Consonun qətiyyətli və prinsipial mövqeyi Avropanın iki sürüşkən və prinsipsiz liderlərinin - Makron və Şoltsun da fikirlərində ciddi korrektələrə gətirib çıxardı, onlar da Rusiyaya güzəştə getməyin Avropa üçün fəlakətə səbəb olacağını gec də olsa anladılar.

Tarixə nəzər salsaq, son iki əsrdə Fransa və Almaniyanın kritik məqamlarda həmişə Avropanı təhlükəli vəziyyətlərə gətirib çıxardıqlarını görərik. Ancaq nə xoş ki, Boris Conson isə tarixdən ciddi dərs alan müdrik siyasi lider kimi davranır.

Bəybala Mirzəyev

Xəbər 1092 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +