İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


31.05.2022  16:38 

Azərbaycanda mülkiyyət hüququna dair geniş hesabat hazırlanıb





A+  A-

İnsan hüquqları, eləcə də, iqtisadi münasibətlər sistemində mülkiyyət hüququ əsas yer tutur. Təəssüf ki, Azərbaycanda mülkiyyət hüququnun vəziyyəti ilə bağlı heç də birmənalıl fikir bildirmək mümkün deyil. Bunu Regional Əməkdaşlıq və İcma İnkişafı Mərkəzinin mülkiyyət hüququnun vəziyyətilə bağlı araşdırması da təsdiqləyib.

XəzərNews.az xəbər verir ki, adı çəkilən Mərkəz apardığı araşdırmanın yekunu olaraq Azərbaycanda mülkiyyət hüququnun hazırkı durumu, mövcud problemlər və cari ilin müvafiq dövründə görülən işlərə dair hesabat hazırlayıb.

Hesabatda mülkiyyət hüququna dair qanunvericilikdə mövcud olan təminatlar, mülkiyyət hüququnun müdafiə vasitələrinin səmərəliliyi, mülkiyyət hüquqlarının pozuntusunu yaradan hallar və digər amillər barədə toplanmış materiallar öz əksini tapıb.

Regional Əməkdaşlıq və İcma İnkişafı Mərkəzinin rəhbəri Teyyub Mirqasımov bildirib ki, bütün insanların mülkiyyəti toxunulmazdır və əgər bu toxunulmazlıq pozularsa, o zaman dövlət bu hüququn bərpa edilməsini təmin etməlidir. Azərbaycanda mülkiyyət münasibətləri Azərbaycanın Konstitusiyası, müvafiq qanunları ilə, digər normativ aktlarla, eləcə də, dövlətlərarası müqavilələrlə tənzimlənir.

T.Mirqasımovun sözlərinə görə, rəhbərlik etdiyi Mərkəz Astara, Gədəbəy, Ucar, Oğuz ve Şabran rayonlarında mülkiyyət hüquqlarının pozulmasına dair ayrı-ayrı faktları araşdırıb, ümumiləşdirilmə aparıb və qiymətləndirmə həyata keçirib.

Bundan əlavə, Mərkəz ölkə KİV-lərində mülkiyyət hüququna dair yer alımış materialların monitorinqi də aparıb. Həmçinin, mülkiyyət hüquqlarının ölkədaxili instansiyalarda müdafiəsinin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə mülkiyyət hüququna dair məhkəmə çəkişmələri diqqətdə saxlanılıb, faktlar müxtəlif mənbələrdən dəqiqləşdirilib, müfəssəl məlumatlar da toplanılıb. Bununla yanaşı, mülkiyyətçilərin pozulmuş hüquqlarının bərpa edilməsinə dair müxtəlif dövlət orqanlarına ünvanladıqları müraciətlətin nəticələrinə dair məlumatların toplanılması da təmin edilib.

Hüquq müdafiəçisinin sözlərinə görə, qiymətləndirmə zamanı qanunvericilikdə vətəndaşlara verilmiş mülkiyyət hüquqlarının müxtəlif formalarda pozulduğu aşkar edilib. Onun sözlərinə görə, ən çox rast gəlinən pozuntulardan biri rayon və kənd bələdiyyələri tərəfindən mülkiyyət hüququna müdaxilələri və mülkiyyətdən istifadəyə yaradılan maneələri göstərmək olar:

"Qiymətləndirmə zamanı hüquqlarının pozulduğunu iddia edən mülkiyyətçilərin təxminən 31.8% faizi bələdiyyələrin qanunsuz müdaxilələrindən şikayətçi olublar. Monitorinq zaçamı həmçinin mülkiyyətçilərə əmlaka dair rəsmi sənədlərin alınmasına görə maneələrin yaradıldığı da aşkarlanıb. Bu proses əlavə vaxt itkisinə səbəb olmaqla yanaşı, vətəndaşların rəsmi qurumlar tərəfindən incidilməsiylə müşahidə edilib. Mülkiyyət hüquqlarının pozulduğunu iddia edən vətəndaşların sayı ümumi şikayətçilərin 26 faizini təşkil edib. Qiymətləndirmə zamanı fiziki və hüquqi şəxlər tərəfindən mülkiyyət hüquqlarına müdaxilələr də qeydə alınıb. Vətəndaşlara ayrılmış pay torpaq sahələrinin başqa şəxslər tərəfindən zəbt edilməsi 34 faiz təşkil edib. Bu isə özlüyündə digər pozuntuların baş verməsinə imkan yaradıb. Təəssüflə qeyd etmək lazımdır ki, monitorinq dövründə dövlət orqanları tərəfindən də mülkiyyət hüququna müxtəlif formalı müdaxilələr aşkar edilib. Bu isə pozuntuların 16.2%-ni təşkil edib”.

Teyyub Mirqasımov vurğulayıb ki, cari dövrdə yerli icra hakimiyyətləri tərəfindən edilən qanunsuz müdaxilə və təzyiqlər, bələdiyyələrin bağlanmış icrarə müqavilələrini əsassız şəkildə ləğv etməsi, örüş torpaqlarının kütləvi şəkildə satılması, heyvandarlıq təsərrüfatlarına otlaq probleminin yaradılması, suvarma sularının kəsilməsi və suyun məmurlara verilən boyük təsərrüfatlara yönləndirilməsilə əsas xoşagəlməz hallardır. Onun sözlərinə görə, digər qruplara aid edilən müdaxilələr ümumi pozuntuların təxminən 10% faizini təşkil edib.

Mərkəz rəhbəri mülkiyyət hüququ ilə bağlı bürokratik əngəllər və digər xoşagəlməz halların aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Xəbər 232 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +