Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


05.06.2022  17:02 

VİP Əli Əliyevlə bağlı Bəyanat yaydı - Mətn





A+  A-

Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisi bəyanat yayıb.

XəzərNews.az xəbər verir ki, Bəyanatda deyilir:

- Siyasi hakimiyyətin sifarişi ilə Vətəndaş və İnkişaf Partiyasına (VİP) və onun sədri Əli Əliyevə qarşı siyasi rəqabətin sivil qaydalarına zidd olaraq, ən iyrənc və yaramaz üsullarla təşkil edilən, şər və böhtana əsaslanan silsilə hücum kampaniyası davam etməkdədir.

Vətəndaş və İnkişaf Partiyası öz fəaliyyətində hər zaman Azərbaycan dövlətinin və xalqının maraq və mənafelərinin qorunub saxlanılmasını, qanunun və hüququn aliliyinin təmin edilməsini, demokratik dəyərlərin bərqərar olmasını əsas götürüb. VİP sədri Əli Əliyev də öz çıxışlarında siyasi hakimiyyətin fəaliyyətindəki bütün neqativ halları, korrupsiya faktlarını, məmur özbaşınalıqlarını dəqiq faktlarla sübuta yetirərək cəmiyyətə təqdim etmiş və hakimiyyət nümayəndələrini debatlara dəvət edərək qaldırılan məsələlərə aydınlıq gətirmələrini tələb etmişdir. Əli Əliyev öz çıxışlarında hakimiyyəti ən sərt formada tənqid etsə də, öz mədəniyyət və tərbiyəsinə uyğun davranaraq heç vaxt etik qayda və normaları aşmamış, rəqiblərinə qarşı təhqiramiz ifadələrə yol verməmişdir.

Təəssüflə qeyd edirik ki, VİP sədri Əli Əliyevin tənqidlərinə siyasi müstəvidə cavab verə bilməyən hakimiyyət onu susdurmaq üçün özünə xas qeyi-adekvat üsullardan istifadə edir. Əvvəl Əli Əliyevə qarşı hakim partiyanın yüksək çinli məmurları və millət vəkilləri tərəfindən “hücümlar” təşkil edilir. Sonra Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən təzyiqlərə məruz qalır. Daha sonra məlum vertolyot qəzası zamanı "sağ qalan" şəxslərin qondarma şikayətlərinə əsasən Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında iki cinayət işi qaldırılır və məhkəmə praktikasında anoloqu olmayan ilkə imza atılaraq eyni ittiham üzrə iki dəfə mühakimə olunmaqla Əli Əliyev altı aylıq həbs cəzasına məhkum edilir.

Əli Əliyevə qarşı kampaniyanın növbəti iştirakçısı hakim patiyanın Binəqədi rayon təşkilatının sədri olmuş və pariyanın qərərgahında əxlaqa zidd hərəkətlər etdiyinə görə YAP-dan qovulmuş Ramiz Göyüşovdur. Əli Əliyev müxalifət partiyasının sədri olaraq, əxlaqa zidd həmin hadisəyə öz münasibətini bildirmişdir. Hadisədən səkkiz ay keçdikdən sonra həmin şəxsin, özünün Əli Əliyev tərəfindən təhqir olunması barədə məhkəməyə şikayət verməsi, əslində bu addımın da sifariş aktı olduğunu sübut edir.

Vətəndaş və İnkişaf Partiyasının Məclisi hakimiyyətin sifarişi ilə VİP sədri Əli Əliyevə və digər müxalifət fəallarına qarşı təşkil edilmiş qondarma ittihamları qətiyyətlə pisləyir, müxalifətə qarşı təzyiqlərə son qoymasını və qanunsuz məhkəmə hökmlərinin ləğvi üçün hüquqi prosedurlara başlanılmasını, VİP sədri Əli Əliyevin ən qısa müddətdə azadlığa buraxılmasını tələb edir.

Xəbər 1284 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +