Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


23.05.2022  20:03 

“Lotu Quli” adı ilə əmisi oğlunun 12 milyonluq pul və əmlakını aldı





A+  A-

Mayın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində 41 yaşlı Vüsal Axundova hökm oxunub. O, kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun adından öz əmisi oğlundan 12 milyonluq pul və əmlakı hədə-qorxu ilə almaqda təqsirli bilinib. Hakim Azər Paşayevin sədrliyilə çıxarılan hökmə əsasən, Vüsal Axundov 14 il azadlıqdan məhrum edilib. Prokuror isə ona 16 il həbs cəzası verilməsini təklif etmişdi.

Zərərçəkmiş qismində tanınan Emin Axundov isə Xüsusi Dövlət Mühafizə Xidmətinin zabitidir. O, məhkəmə iclaslarında iştirak etməyib. Təqsirləndirilən şəxs və vəkili buna etiraz edərək, zərərçəkmişin özünün iştirakının vacibliyini vurğulayıb. Onlar bildirib ki, elə məsələlər var, vəkili aydınlıq gətirə bilməz, mütləq özü iştirak etməli, sualları cavablandırmalıdır.

Məhkəmədə Emin Axundovun ifadəsi elan edilib. O bildirib ki, əmisi oğlu Vüsal onun işlərini görürdü. Bunun müqabilində aylıq qeyri-rəsmi maaş alırdı.

Özü və ailəsinin ölümlə hədələndiyini deyən zərərçəkmiş niyə şantaj olunduğuna aydınlıq gətirməyib:

“Qorxudan tələbə əməl etməyə məcbur oldum. 700 min dollar pul verdim Vüsal və Hikmətə ki, çatdırsınlar. Sonra Rusiyaya getdim. Həmin vaxt 2300 dollar da Vüsalın özünə verdim”.

Emin Axundov iddia edib ki, daha sonra onu şantaj edib, Buzovnada, Karlovı Varıda yerləşən, dəyəri milyonlarla ölçülən əmlaklarını “Lotu Quli”nin adıyla əlindən alıblar.

Vüsal Axundovun vəkili isə bildirib ki, zərərçəkmişin ifadəsində çoxlu sayda ziddiyyətlər var və onlar aydınlaşdırılmalıdır:

“Əvvəlcə izah etməlidir ki, aldadıldığını Nadir Səlifovun sağlığında öyrənmişdisə, niyə şikayət etmək üçün onun ölməyini gözləyirdi? Onun ölümündən dərhal sonra şikayət edib”.

Emin Axundov bildirib ki, artıq pulu və əmlakları tükənməyə başlayanda, tələblərə əməl edə bilməyəndə “Lotu Quli” ilə vasitəçilik üçün başqa bir adam tapıb. Şikar adlı şəxs vasitəsilə Nadir Səlifovla əlaqə saxladığını deyən Emin Axundovun sözlərinə görə, bundan sonra öyrənib ki, əslində, “Lotu Quli”nin adından istifadə edib, onu aldadıblar. Nadir Səlifova göndərdiyi pullar ona çatmayıb: “Nadir Səlifov bildirib ki, onun adından istifadə ediblər. O, heç vaxt məndən pul və ya başqa nəsə istəməyib”.

Vüsal Axundov məhkəmədə dindirilərkən özünü təqsirli bilməyib. O deyib ki, bu söhbətə aidiyyəti yoxdur və əmisi oğlunun pulunu ələ keçirməsi haqda iddialar da yalandır. O, son sözündə də bəraət hökmü çıxarılmasını istəyib.

Onun həyat yoldaşı Aysel Axundova da məhkəmədə dindirilərkən ərinə qarşı ittihamlarla razılaşmadığını bildirib:

“Vüsal 12 illik əməyini yox edib, Eminlə işləməyə başladı. Emin hələ Dubayda olanda Vüsala yazmışdı ki, “problemim var, Səbuhi ilə görüş, sənə izah edəcək nə məsələdir”. Sonra dedi ki, “yox, lazım deyil, özüm gəlib deyəcəm”. Mən yoldaşımla əmisi oğlu arasında narazılığın şahidi olmamışam. Əksinə, münasibətləri yaxşı olub”.

Vüsal Axundov əvvəllər ədliyyə orqanlarında işləyib. Onun valideynləri isə vaxtilə daxili işlər orqanlarında çalışıb.

Zərərçəkmişin vəkili bildirib ki, Vüsal Axundov “Sea Brease”də, başqa ərazidə mənzillər alıb, maşını dəyişərək, daha bahalı avtomobilə sahib olub. Vəkil iddia edib ki, bunlar Emin Axundovdan “Lotu Quli”yə çatdırmaq adıyla alınan pulların hesabına başa gəlib./Meydan TV

Xəbər 7195 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +