İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


16.05.2022  11:38 

Oqtay Əsədovun həyat yoldaşı 14 milyon qazanıb - FAKT





A+  A-

Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olduğu bildirilən və Rusiyada fəaliyyət göstərən “Arizarum Qrup” şirkətinin 2021-ci il üçün əldə etdiyi gəlirlər açıqlanıb.

XəzərNews.az xəbər verir ki, yeniavaz.com Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, “Arizarum Qrup” ötən il 14 milyon 45 min rubl gəlir əldə edib.

Mərkəzi Bankın açıqladığı rəsmi məzənnə (1 rub/0,0263 azn) ilə hesabladığımız zaman bu məbləğ 369 min dollara bərabər olur. Əvvəlki illə müqayisdə “Arizarum Qrup”un gəliri 1,7% və ya 230 min rubl artıb.

Məlumat üçün bildirək ki, “Arizarum Qrup” 14.01.1998-ci ildən fəaliyyət göstərir.

Hüququ ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin yeganə sahibi Əsədova Zemfira Adil qızıdır. Şirkətin direktoru isə Nazarova Larisa Aleksandrovnadır.

Nizamnamə kapitalı 10 min rubl (260 dollar) olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.

Qeyd edək ki, bir-neçə il əvvəl mətbuatda “Arizarum Qrup”un sahibi olan Əsədova Zemfira Adil qızının Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızı ilə eyni şəxs olduğu barədə məlumatlar yer alıb. Bu məlumatlar Oqtay Əsədov və həyat yoldaşı tərəfindən təkzib olunmayıb.

Onu da qeyd edək ki, Oqtay Əsədovun həyat yoldaşı eyni zamanda Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiridir. Zemfira Əsədova həm də “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiya heyətinin üzvüdür.



Xəbər 1593 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +