İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


06.05.2022  17:28 

“Pulsuz sərəncam”lar dönüb olub böyük məbləğdə rüşvət kağızları“





A+  A-

“Dünən parlamentdə çıxış edən zaman tikinti sektoru, ümumilikdə biznes mühiti ilə bağlı ümumi danışaraq iqtisadi sahəni bütövlükdə hədəfə aldım. Bu, həmkarlarım, o cümlədən dövlət orqanları arasında haqlı narazılıq yaradıb və bunu qəbul edirəm. Məsələni konkret və ünvanlı demək vacibdir və bunu bu gündən sonra hər zaman nəzərə alacağam. Çünki şəffaf işləyən dövlət qurumları da çoxdur, şəffaf və dürüst işləyən məmurlarımız da az deyil. Bir çox nazirlik və idarələrdə ciddi irəliləyişlər əldə olunub”.

XəzərNews.az xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.

O, dünən çıxışında yer alan ümumi məsələni konkretləşdirib:

“Bildiyiniz kimi, cənab Prezidentin tapşırığı ilə qəzalı və şəhərin arxitektura görünüşünə xələl gətirən köhnə tikililərin sökülməsi ilə bağlı pilot layihələr həyata keçirilməyə başladı. Cənab Prezidentin məqsədi vətəndaşların daha gözəl şəraitdə yaşaması və şəhərimizin daha da gözəlləşdirilməsi idi. Hər kəs də bilir ki, Prezident bu məsələlərə xüsusi həssaslıqla yanaşır.

Pilot layihələr geniş vüsət aldı və sahibkarların da dediyi kimi onlar icra hakimiyyətlərinin “pulsuz sərəncam” verməsinə çox sevindilər. Doğrudan da ilk vaxtlar hər şey pulsuz oldu və iş adamlarına kömək göstərildi. Bir az vaxt keçəndən sonra iş adamları “hesaba otuzduruldu”. Hər bloka görə 200 min manat “ödəniş”, bildiyimiz rüşvət.

Bu gün pilot layihələr demək olar ki, dayanıb. “Pulsuz sərəncam”lar isə dönüb olub böyük məbləğdə rüşvət kağızları. Hər blokdan 200 min manat və hər layihədən ən azı 20 mənzil. Bu 20 mənzil də “Baksovet”ə köçürülən 10% deyil. Heç bu 10%-in də əslində əsası yoxdur. Əgər əsası varsa, niyə o istənilən 20 mənzilin adlara keçirilməsi üçün sahibkara 20 ədəd şəxsiyyət vəsiqəsi verilir və sonra da o mənzillər tezbazar maklerlərə verilib satdırılır, yaxud sahibkarın özünə satdırırlıb pul şəklində icra hakimiyyətlərinə verilir?”

Deputat iki şirkətin və iki sahibkarın timsalında “pulsuz sərəncam”ların sirrini açıb:

“Amma tükürpədici korrupsiya detallarını bura bir səbəbə görə qoya bilmirəm. Tez-tələsik izləri silib, bəzi yerlərə təzyiq edib, özlərini təmizə çıxarıb, başqalarını təhlükə altına qoymasınlar.

Ruslan Məmmədov “İNTEKS” MMC-nin təsisçisisidir. Nizami rayonu, Şirin Mirzəyev küçəsində “Comfort” yaşayış kompleksi tikir. Bu şəxsin qanunsuz olaraq tikintisi dayandırılır. Hədə-qorxu gəlinir. Aidiyyəti olmayan idarələr qanunsuzluq edib kimlıərinsə əlinə oynayır. Məndə kiçik detallara qədər bütün proseslər var. O detalları yazmıram, çünki bu, artıq istintaq məsələsi olmalıdır və aidiyyəti üzrə təqdim edəcəyəm.Eyni sahibkarın Nizami rayonunda daha bir başıbəlalı tikintisi, həm də Nərimanov rayonunda tikintisi var.

İkinci sahibkar Ceyhun Quliyevdir, “Vesta Construction” MMC-nin sahibi. O da Nizami rayonu, Şirin Mirzəyev küçəsində tikir və yuxarıda təsvir olunan biabırçı hallarla qarşılaşır. Adama qarşı ləyaqəti alçaldan hərəkətlər də edilir. Bunu kimlər etdirir, niyə və hansı əsasla?

Əminəm ki, pilot layihə nəzərdə tutulduğu formatda getsəydi, indi Bakıda yüzlərlə gözəl, yaraşıqlı tikinti, on minlərlə iş yeri və on minlərlə vətəndaş da daha rahat mənzilə sahib olardı. Şəhərin qəzalı və yaraşıqsız binalarının yerində gözəl binaların tikilməsinə və vətəndaşların həyat şəraitinin yaxşılaşmasına xidmət edən ən gözəl təşəbbüslərdən biri olan pilot layihələri kimlər korrupsiya bataqlığına çevirdi?”

Deputat bildirb ki, bu məsələ üzərində ciddi şəkildə işləyir:

“Mətbuat nümayəndələrini də pilot layihələr barədə araşdırmalar aparmağa və konkret faktları cəmiyyətə təqdim etməyə səsləyirəm. Bütün tikilən layihələrlə bağlı araşdırma aparmaq, faktları toplamaq və ictimaiyyətin müzakirəsinə vermək üçün hər kəsdən kömək gözləyirəm.

Bir məsələni də qeyd etmək istəyirəm. Çünki, dünənki çıxışım İqtisadiyyat nazirliyinin də qurumlarının üzərinə kölgə sala bilər. Hər gün onlarla iş adamı ilə söhbət edirəm və Vergi Xidmətindən narazılıq eşitmirəm. Sadəcə, vaxtında vergini ödə, illərlə vergi məmurunun üzünü belə görüb tanımayacaqsan. Narazılıq edən olsa da, vergi yükünün çoxluğundan edir, bu isə tam başqa məsələdir. Əsas odur ki, vergi sistemində ciddi şəffaflıq yaranıb. Buna görə çox şadam”.

Xəbər 1428 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +