İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


25.04.2022  19:45 

Ayın əvvəlinin sübut olma yolu





A+  A-

Əslində bu mövzu bu gün üçün gündəm deyil. Nədən ki, atıq Ramazanın 3-cü ongünlüyünə daxil olmuşuq. Lakin, “bilməkdə, öyrənməkdə hər zaman fayda var” prinsipi ilə hərəkət edib Azərbaycan cəmiyyəti üçün hər il problem - söz-söhbət olan ayın necə görünüb-görünməməsi ilə bağlı bəzi fikirləri diqqətinizə çatdırırıq.

Bu barədə Ayətullah Seyid Əli əl-Hüseyni əl-Sistaninin “İzahlı şəriət hökümləri” adlı kitabında dəqiq məlumatlar verilir.

Belə ki, ayın əvvəli dörd yolla sübut olunur:

1. İnsan özü Ayı görsün.

2. Sözləri yəqinlik, yaxud arxayınlıq hasil edən bir dəstə insanın həmin şəhərdə, yaxud onunla eyni üfüqə malik olan şəhərlərdə Ayı (hilalı) müşahidə etdiklərini söyləməsi, həmçinin, insanda yəqinlik hasil edən istənilən vasitə və eləcə də arxayınlıq hasil edən istənilən üsul.

3. İki adil kişinin “gecə Ayı gördük” demələri ilə; Amma Ayın xüsusiyyətini bir-birinin əksinə deyərlərsə, ayın ilk günü sübut olunmur. Həmçinin insan onların səhvə yol verdiklərinə yəqin edərsə, ya xatircəm olarsa və ya onların verdiyi şəhadət zidd, yaxud hökmündə olan bir məsələ ilə qarşılaşarsa ayın əvvəli sübut olunmaz. Məsələn, əgər şəhər əhalisinin çox hissəsi Ayı görmək üçün baxdıqları halda iki adil kişidən başqa heç kəs Ayı gördüyünü iddia etməzsə və ya bir dəstə Ayı görmək üçün baxdıqları halda onların arasından yalnız iki adil şəxs Ayı gördüyünü iddia edə, başqaları isə görməzsə, belə ki, Ayın yerini bilmək və yaxşı görmə və digər xüsusiyyətlərdə birinci iki adil şəxs kimi olan iki ayrı adil şəxs onların arasında olarsa, hava da açıq-aydın olsa, o iki nəfərin görməsinə ehtimal olunan bir maneə də olmasa, bu halda ayın əvvəli iki nəfər adil şəxsin şəhadəti ilə sübut olunmaz.

4. Şəban ayının əvvəlindən 30 gün keçmiş olsa, bunun vasitəsi ilə Ramazan ayının əvvəli olması sübuta yetir. Yaxud Ramazan ayının əvvəlindən 30 gün keçsə, bu halda Şəvval ayının olması sübut olunur.

Şəriət hakiminin hökm etməsi ilə ayın əvvəli sübut edilməz. Əgər onun hökmündən və ya ayın (əvvəli) olmasının sübut edilməsi ilə ayın görünməsinə xatircəmlik hasil olsa, (ayın əvvəli sübut olunar).

Ayın əvvəli astronomların deməyi ilə sübut olmur. Əgər insan onların dediklərindən yəqinlik hasil edə ya əmin olarsa, onların sözünə əməl etməlidir.

Ayın yüksəkdə olması və ya gec batması, qabaqkı gecənin ayın ilk gecəsi olmağına dəlil deyil; həmçinin ayın yanında şəfəqin olması ayın ikinci gecəsi olmasına dəlil deyildir.

Əgər bir şəxsə Ramazan ayının əvvəli olması sübuta yetmədiyi üçün oruc tutmasa, sonradan qabaqkı gecənin ayın əvvəli olduğunu anlayarsa, o günün orucunu qəza etməlidir.

Əgər bir şəhərdə ayın əvvəli sübut edilsə, bu, üfüqü həmin şəhərlə eyni olan digər şəhərlərə də aid olar. Burada üfüqün müttəhid olmasından məqsəd odur ki, əgər birinci şəhərdə ay görünsə, ikinci şəhərdə də bulud kimi maneə olmasa, görünəcəkdir. Bu da o zaman gerçəkləşər ki, ikinci şəhər birinci şəhərin qərbində yerləşibsə, en xəttində ona yaxın olsun. Əgər onun şərqində yerləşərsə, en xəttinin yaxın olmasından ələavə üfüq xəttindən çox fərqi olmasın.

Ramazan ayının axırı, yaxud Şəvvalın əvvəl günü olduğunu bilməyən şəxs gərək oruc tutsun. Əgər gün ərzində Şəvvalın əvvəl günü olduğunu anlayarsa, orucu açmalıdır.

Əgər həbs olunan şəxs Ramazan ayı olmasını yəqin edə bilməsə, gərək gümanına əməl etsin. Amma əgər daha güclü güman tapa bilsə, zəif gümana əməl edə bilməz. Ən güclü ehtimalı əldə etmək üçün bacardığı qədər çalışmalıdır. Əgər heç bir yolla mümkün olmasa, püşk atmaqdan axırıncı yol kimi istifadə etməlidir (əgər ehtimalın qüvvətlənməsinə səbəb olarsa). Əgər öz gümanına əməl etməsi mümkün deyilsə, Ramazan ayı olduğunu ehtimal verdiyi bir ayı oruc tutmalıdır. Amma o ayı nəzərində saxlamalıdır, belə ki, əgər sonradan o ayın Ramazan ayı və ya ondan sonra olduğu məlum olarsa, ona bir şey vacib olmaz. Əgər Ramazan ayından qabaq olduğu məlum olarsa, gərək qəzasını etsin.

Rəmzi Niftiyev
Teoloq


Xəbər 1292 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +