Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


02.03.2022  21:22 

Minlərlə azərbaycanlı Vətənə qayıdır - NƏ ETMƏLİ?





A+  A-

Rusiya və Ukrayna arasındakı müharibə fonunda rəsmi Moskvaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar rəsmi Kremli çətin vəziyyətə salıb.

Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu ölkənin iqtisadi vəziyyətinin ağırlaşması ilə yanaşı, soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qaytımasına səbəb ola bilər.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlama verib.

Onun sözlərinə görə, soydaşlarımızın gəlirləri azalacaq, ölkəyə pul köçürmələrində problem olacaq:

“Rusiyada yaşayan azərbaycanlıların ölkəyə göndərdiyi vəsait kifayət qədər böyük məbləğlərlə ölçülür amma son illər bunun azaldığını müşahidə edirik. Maksimum həddini isə 2012-2013-cü illərdə görmüşük. Oradan 3-4 milyard dollar arası hər il Azərbaycana vəsait köçürülürdü ki, bu da Azərbaycanda kifayət qədər ailələrin sosial həyatına müsbət təsir göstərirdi. Lakin 2017-ci ildən bəri azaldığını görürürk. Rəsmi rəqəmlərə görə, 2019-cu ildə 1 milyard civarında pul köçürülüb, 2020-ci ildə isə müəyyən azalmalar müşahidə edilib. Amma bu, daha çox pandemiya ilə əlaqəli idi”.

N. Cəfərli rublun dəyərdən düşməsinə də diqqət çəkib:

“Rusiyada yaşayan soydaşlarımızın qazancı rublladır. Belə ki, rublun kəskin dəyərdən düşməsi, hətta bu gün qara bazarda 200 rublun 1 dollara çatması orada yaşayan soydaşlarımızın gəlirlərində və onların Azərbaycana pul köçürmələrində ciddi azalma yaradacaq. Bu, həm də bank sektoru ilə bağlıdır.

SWIFT sistemindən Rusiya banklarının çıxarılması pul köçürmələrini ciddi axsadacaq”.

İqtisadçı ekspert Rusiyada yaşayan azərbaycanlıların ölkəyə qayıtması məsələsini belə şərh edib:

“Azərbaycanlıların Rusiyadan ölkəyə qayıtması prosesi aktuallaşa bilər. Onminlərlə vətəndaş orada işini, qazancını, gəlirini itirərkən Azərbaycana üz tutmaq məcburiyyəti yaranacaq. Açıq desək, Azərbaycan buna hazır deyil. Çünki ölkəmizdə iş yerləri, biznes mühiti ilə bağlı problemlər var, eyni zamanda yeni iş yerlərinin yaradılması prosesi çox ləng gedir.

Azərbaycan hökuməti doğru-dürüst qərarlar alıb, tezliklə bu problemlərin üzərinə getməlidir. Həmçinin orta-kiçik sahibkarlığa dəstək, yeni iş yerlərinin açılması, yeni yatırımların qoyulması ilə bağlı qərarlar almaqla, Rusiyadan gələn soydaşlarımızın problemlərini həll etmək üçün hətta bir masanın qurulmasına artıq ehtiyac var. Nazirlər Kabineti nəzdində bir böhran masası qurulmalı və bu məsələlər operativ həll olunmalıdır. Əgər indi minlərlə vətəndaşımız Azərbaycana gəlirsə, bir müddətdən sonra bu rəqəm onminlərlə olacaq. Təəssüf ki, biz ölkə olaraq buna hazır deyilik”.


Xəbər 1239 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +