Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


27.02.2022  12:54 

SWIFT-dən uzaqlaşdırılma Rusiya iqtisadiyyatına necə təsir göstərəcək?





A+  A-

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın SWIFT-dən uzaqlaşdırılacağını bildirib.

“Bu gün beynəlxalq tərəfdaşlarımızla birlikdə Rusiyanı qlobal maliyyə sistemindən kənarlaşdırmaq, o cümlədən Rusiya banklarını SWIFT-dən uzaqlaşdırmaq üçün qəti addımlar atdıq”, – Boris Conson Twitter hesabında bu barədə paylaşım edib.

SWIFT-dən uzaqlaşdırılma Rusiya iqtisadiyyatına necə təsir göstərəcək?

Dünya Ticarət Təşkilatının məlumatına görə, 2020-ci ildə Rusiyanın ümumi ixracatı 332.2 milyard dollar, idxalı isə 240.4 milyard dollar olub. 2020-ci ildə Rusiyanın xarici ticarətdə müsbət saldosu pandemiya səbəbindən əvvəlki ilə nisbətən 179.5 milyard dollardan 91.8 milyard dollaradək azalıb.

Dünya Bankının məlumatına görə, 2019-cu ildə Rusiyanın ixracatı 426.7 milyard dollar, idxalı isə 247.1 milyard dollar olmuşdu. Rusiyanın ixracatda əsas ticarət tərəfdaşları Çin, Niderland, Almaniya, Belarus və Türkiyə olub. İdxalda isə Çin, Almaniya, Birləşmiş Ştatlar və İtaliya əsas tərəfdaşlardır.

Qeyd edək ki, SWIFT pulun dünyanın bir hissəsindən başqa yerinə sərhədsiz göndərilməsinə imkan verən beynəlxalq maliyyə strukturudur. Mənası Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyasıdır (Society for Worldwide Interbank Financial Telecommunication). 1973-cü ildə yaradılan və baş ofisi Brüsseldə yerləşən sistem dünyanın 200 ölkəsini, ümumilikdə 11 min maliyyə institutu və bankı əhatə edir. Bu sistem vasitəsilə hər gün 40 milyondan çox mesaj göndərilir və trilyonlarla dollarlıq maliyyə vəsaiti şirkətlər və ya hökumətlər arasında transfer olunur.

SWIFT-dən uzaqlaşdırma Rusiya şirkətlərinin beynəlxalq ödənişlərinə ciddi təsir göstərəcək. Çünki bu halda Rusiya şirkətləri nağdsız ödənişlərdə ciddi çətinliklər ilə üzləşəcəklər. Bu xüsusən, strateji məhsullarının ixracatında Rusiya üçün çətinliklər yaradacaq.

Rusiyanın aparıcı şirkətlərinin səhmlərinin birjalarda indeksləşdirildiyini nəzərə alsaq SWIFT-siz gələcək şimalda fəaliyyət göstərən sahibkarlar üçün yaxşı nə isə vəd etmir. Müqayisə üçün deyək ki, 2012-ci ildə İranın bu sistemdən uzaqlaşdırılması cənub qonşumuz üçün ticarət dövriyyəsinin 1/3-ni itirmək demək oldu. Bu baxımdan, SWIFT-dən kənarlaşmda Rusiyanın xarici ticarət dövriyyəsinin azalmasına gətirib çıxarmaqla, şirkətlərinin səhmlərinin ucuzlaşmasına səbəb olacaq.

Vüqar Bayramov
Millət vəkili

Xəbər 1185 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +