Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


22.02.2022  11:44 

Dünya barıt çəlləyini xatırladır





A+  A-



Bəli, Rusiya lideri Vladimir Putin dünən xalqına müraciət etdi və öz sözünü dedi. Onun məşhur ifadəsi ilə desək, indi “top” Qərb dünyasının, ABŞ-ın qapısındadır.

Putin açıq-aydın bəyan etdi ki, 1917-ci ilin bolşevik inqilabına qədər Ukrayna adlı dövlət olmayıb və bu respublikanı Vladimir Lenin Rusiya ərazisində yaradıb. Sonra İosif Stalin onun dövlətçiliyini möhkəmləndirib, Nikita Xruşşov isə Krımı Ukraynaya hədiyyə edib. Ukrayna da hazırda öz ərazisində despotik bir rejim yaradıb və öz yaradıcısına (oxu: Rusiyaya) “təpik atmaqla” məşğuldur.

Vladimir Putin müraciətinin sonunda Rusiyanın Donetsk və Luqansk “Respublikaları”nın müstəqilliyini tanıdığını və rus qoşunlarının bu “respublikalar”ın ərazisinə “sülhməramlılar” qismində daxil olacağını rəsmən elan edib. Bəli, hadisələr 2008-ci ilin Gürcüstan hadisələrini xatırladır. Dünyanın yarısı Çin Olimpiada oyunlarında iştirak edir, yarısı da Rusiya təcavüzünü seyr edir. Rusiya Gürcüstanın yarısını işğal eir, Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanıyır və öz qoşunlarının bu “respublikalar”ın ərazisinə “sülhməramlılar” qismində daxil edir.

Yeri gəlmişkən, bu gün də Çində Olimpiada oyunları davam edir, dünya ölkələri də Rusiyanın Ukraynaya təcavüzünü seyr edir. Yox, hamısı seyr etmir, bəzisi qollarını çırmayıb və odlu-odlu danışır. Nyu Yorkda OON Təşlükəsizlik Şurasının Ukraynanın təşəbbüsü ilə baş tutan fövqəladə iclası yenicə başa çatıb. ABŞ nümayəndəsi öz ölkəsinin, prezidentinin konkret fikrini çatdırıb: Rusiyanın Donetsk və Luqansk “Respublikaları”nın müstəqilliyini tanıması ABŞ-ın təhlükəsizliyini təhdid edir. Böyük Britaniya və Fransa nümayəndələri də Rusiyanın bu addımını bacardıqları kimi pisləyiblər və ona qarşı bütün mümkün və qeyr-mümkün sanksiyaların tətbiq olunacağını bəyan ediblər.

Çin nümayəndəsi problemin danışıqlar yolu ilə həll olunmasının vacibliyini qeyd edib, “Rusiya təcavüzü” məsələsinə isə, heç bir münasibət bildirməyib.

Aydındır: hazırkı qarşıdurma Çinə sərf edir, obrazlı desək, “Əlbir olub bir ayı bir şir ilə” təmsilidir. Çin Amerikanın və Rusiyanın bu qarşıdurmada güçdən düşəcəyi günü gözləyir. Rusiya və Ukrayna nümayəndələri “Cəbhə”nin müxtəlif tərəflərində dursalar da, faktiki olaraq, eyni mövqedən çıxış ediblər, problemin sülh yolu ilə, “Minsk danışıqları” çərçivəsində həllinin vacibliyini bəyan ediblər...

Bəli, Vladimir Putin öz sözünü dedi, indi söz Corc Baydenindir. Dünya yeni bir qarşıdurmanın astanasındadır - barıt çəlləyini xatırladır...

Qalib ARİF

Xəbər 1175 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +