Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


10.02.2022  16:57 

Bu agentliyin fəaliyyətinin təmin edilməsi haqqında - Fərman





A+  A-

Prezident İlham Əliyev Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

XəzərNews.az xəbər verir ki, fərmana əsasən, Dövlət Ehtiyatları Agentliyinin nizamnaməsi və strukturu təsdiq edilib.

Nazirlər Kabinetinə Dövlət Ehtiyatları Agentliyinin (bundan sonra ‒ Agentlik) nizamnamə fondunun formalaşdırılması üçün “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının 1.12.4.1-ci yarımbəndində (Dövlət ehtiyatlarının yaradılması və təşkili) nəzərdə tutulmuş vəsaitdən 2 516 300,0 (iki milyon beş yüz on altı min üç yüz) manat vəsaitin Agentliyə ayrılmasını təmin etmək, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayıb dörd ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək, həmçinin üç ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə və bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, eləcə də bu fərmandan irəli gələn digər məsələləri həll etmək həvalə edilib.

Xəbər 1088 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +