Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


08.02.2022  17:48 

Yaradıcı gəncliyə necə dəstək ola bilərəm? - Şahbaz Xuduoğlu müraciət etdi





A+  A-

"Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu yaradıcı nəsliə müraciət edib.

XəzərNews.az xəbər verir ki, naşir müraciətində onlarla biraraya gəlib, görüşmək istədiyini bildirib:

“Bu müraciətim 70-ci illərdən sonrakı yaradıcı nəsilə ünvanlanıb.

Əziz yaradıcı dostlar!

Bu həftənin şənbə günü yaradıcı insanlarla görüşmək istəyirəm. Məqsəd, nəşriyyatı öz imkanlarımızla tanış etmək, eləcə də onları dinləmək, fikir mübadiləsi aparmaq, yeni yaradıcı gəncliyə yardım etməkdir.

“Sevdiyim 50 hekayə” layihəsi ilə bağlı yerli yazarlarımızın əsərlərini oxuyuram. Xeyli yeni imza ilə tanış oldum.

70-ci illər nəsli pis-yaxşı üzə çıxa biliblər. Yəni, kitabları nəşr olunub, mətbuatda daim çıxış edirlər, yaradıcı təsir gücü yaradıblar, müəyyən bir mühit də formalaşdıra biliblər.

Cəmiyyət artıq onları tanıyır. 80-ci il və sonrakı nəsillər daha pərakəndə görünür; kitabları azdır, 70-lərə nisbətən daha passivdirlər.

Amma “Sevdiyim 50 hekayə”də üzə çıxa bilən, iddia qoyan az imza rastıma çıxdı.
İllər öncə kitab blogerlərini görüşə dəvət etdim, hələ də o xoş təəssürat yaddaşımdadır.

Kitab mühitində hadisə oldu. İnanıram, yaradıcı ortamın bir araya gəlməsinin kitab işinə, sizin yaradıcılığınıza çox böyük töhfəsi olacaqdır.

Bir kitabın ərsəyə gəlməsi üçün əsas onu yazandır, sonra onu tərtib edən, daha sonra isə növbə naşir və kitabçılara gəlir.

Nəzərdə tutduğum görüşdə şair, yazıçı, tərcüməçi, rəssam və mətn üzərində çalışan bütün heyəti görmək istəyirəm.

Naşir kimi yeni yaradıcı mühitin formalaşmasında hansı rolu oynaya bilərəm, yaradıcı gəncliyə necə dəstək ola bilərəm? Bu suala cavab tapmaq üçün sizlərlə görüşmək istəyirəm.

Bu həftənin şənbə günü vaxt ayırın, nəşriyyata gəlin. Həm bizim imkanlarla tanış olun, həm də fikir mübadiləsi aparaq. Qarşılıqlı imkanlarımızı dəyərləndirək. Gözləntilərinizi dilə gətirin.

Uzaqda qalmaqla bir-birimizə dəstək ola bilmərik. Gücümüzü bir edək. Yazaq, nəşr edək, təbliğ edək, daha geniş çevrələrə xitab edək.

Yaradıcı əməkdaşlıq üçün o an gəlib.

Şənbə günü, fevralın 12-də, saat 14:00-da Qanun nəşriyyatında yolunuzu gözləyirəm.

Hörmətlə,
Şahbaz XUDUOĞLU".

Xəbər 1256 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +