Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


25.01.2022  17:47 

“Kökə”ni və “zopa”nı unutmamaq...





A+  A-

Ermənistanın baş naziri Nikol Paşinyanın yanvarın 24-də keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər iki gündür ki, media resurslarının və sosial şəbəkə iştirakçılarının əsas müzakitə mövzularından birinə çevrilib.

Həm Ermənistan, həm Azərbaycan, həm də Rusiya mediası Paşinyanın prezident Armen Sarkisyanın istefasından bir neçə saat sonra Araik Arutunyanla heç bir məna kəsb etməyən görüşünü və təbii ki, mətbuat konfransında səsləndirdiyi mülahizə və iddialarını dartışır.

Nikol Araiklə görüşündən sonra Rusiya sülhməramılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərə və onların qondarma təsisatlarına 144 milyard dram (təxminən 510 milyon AZN) vəsait ayırdığını açıqlayıb. Vəssalam. Görüş haqqında əlavə məlumat verilmədiyi üçün Ermənistanın azlıq təşkil edən müxalif medası ödəniləcək vəsaitin “susmaq haqqı” olduğunu iddia edir. Bunun isə çoxsaylı səbəbləri var. Erməni mediası və müxalif partiyaların təmsilçilərinin qənaətinə görə, Araiklə keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında Nikol Paşinyan bircə dəfə də olsun “öz müqəddəratını təyinetmə”, “müstəqilliyi tanıma”, “Qarabağda yaşayan ermənilərin Ermənistanla birlikdə olmaq hüququndan” danışmayıb.

Sitat: “Madrid prinsiplərindən söz düşəndə Nikol Paşinyan yalnız ərazi bütövlüyündən, “öz müqəddəratını təyin etmək”, “güc tətbiq etməmək” prinsiplərindən damışmağı isə unudub, “Dağlıq Qarabağ”a heç vaxt yalnız erməni torpağı kimi baxılmadığını sübut etməyə çalışıb. Sonra isə haradansa, Azərbaycanın ərazi bütövlüyünün tanındığı bir sənədi qazıb çıxarıb”.

Şübhəsiz ki, yuxarıda təqdim etdiyim iqtibasda klassik erməni həyasızlığını və kütbeyinliyini ifadə edən məqamlara vaxt ayırmaq niyyətində deyiləm. Digər tərəfdən, erməni müxalifətinin Paşinyan haqqında nə dediklərinin və düşündüklərinin bizim üçün bir o qədər də fərqi yoxdur. Mahiyyət etibarilə, Nikol Paşinyanın mətbuat konfransında səsləndiyi fikirlərə ciddi etiraz edənlərin sayı da bir o qədər çox deyil. Hay-küy qoparan eyni şəxslər və resurslardır. Və bir neçə ay öncə Nikol Paşinyanın əleyhinə aqressiv bir şəkildə təbliğat aparan resursların sayında da azalma hiss olunur. Onlardan bir neçəsi ötən ilin noyabr-dekabr aylarında yenilənib. Görünür, revanşçıların müqaviməti tükənir və Nikol Paşinyan da hakimiyyətdə köhnə komandanın – “müharibə qatilləri”nin, o cümlədən “erməni məsələsi”ndən biznes aləti kimi istifadə edən diasporun hakimiyyətdəki son təmsilçisi Armen Sarkisyanın istefasından sonra daha açıq danışmaq qərarına gəlib. Nikolun son mesajlarında Türkiyə və Ermənistan diplomatlarının son təmasları da rol oynaya bilər. Bu məqam revanşçıların parlamentdəki təmsilçilərinin reaksiyalarından da hiss olunur. Onlar Paşinyanın Türkiyənin ərazi bütövlüyü ilə bağlı fikirlərinin həqiqətə uyğun olmadığını iddia edirlər.

Sitat: “Paşinyan təsdiq edir ki, Ermənistanda hakimiyyətdə olan heç bir siyasi qüvvə Türkiyənin ərazi bütövlüyünü şübhə altına qoymayıb. Onun bu fikirlərini məlumatsızlığa, yaxud məsuliyyətsizliyə yozmaq olar. Yox əgər o, bu bəradə məqsədyönlü şəkildə bəyanat veribsə, o zaman Nikol Paşinyanın fikirlərini erməni xalqına və dövlətinə qarşı atılmış addım kimi qiymətləndiririk. Bu isə vətənə xəyanətdir”.

Erməni müxalifəti, o cümlədən “Hayastan” blokunun liderləri iddia edirlər ki, 2011-ci ildə qondarma soyqırımın 100 illiyi ilə bağlı yaradılan “dövlət komissiyası Ermənistan adından bəyannamə qəbul edib. Həmin bəyannamdə isə qondarma soyqırımın beynəlxalq səviyyədə tanınması, nəticələrinin aradan qaldırılması və hüquqi iddiaların hazırlanması nəzərdə tutulub”.

Xatırladım ki, 2011-ci ildə qəbul edilən bəyannamədə, Türkiyəyə qarşı ərazi iddialarının irəli sürülməsi ilə bağlı heç bir müddəa yoxdur, yalnız ümumi, nəzəri mülahizələr var və Nikol Paşinyan, əslində doğru danışır.

Qeyd edim ki, revanşçıların iddialarının bəsitliyi, həmçinin ciddi rezonans doğurmaması Ermənistandakı ictimai rəyin süstülüyündən və mövcud reallıqları qəbul etməyə meylli olduğundan xəbər verir. Məhz bu baxımdan, Ermənistanın yeni prezidentinin seçiləcəyi zamanadək olan dövrdə revanşçıların müəyyən qədər fəallaşa biləcəyini nəzərə alıb, informasiya pressinqini gücləndirmək, qənaətimə görə daha doğru olar.

“Kökə”ni və “zopa”nı unutmamaq şərtilə...

Elçin Mirzəbəyli
Siyasi şərhçi


Xəbər 1073 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +