İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


10.12.2021  10:58 

Bazel-Qarabağ oyununun geosiyasi gizlinləri





A+  A-

Dünyanın aparıcı beyin mərkəzləri Bazel-Qarabağ oyununun nəticələrinin geoidmani aspektlərini analiz edərkən maraqlı rəylər irəli sürmüşlər.

Onların fikrincə, oyunun 1-ci dəqiqəsində xorvatiyalı hakimin ağdamlıların halal qolunu hesaba almamasının əsas səbəbi UEFA-nın mənzil qərargahının İsveçrədə yerləşməsi ilə əlaqədar ola bilər. Belə ki, hakimin bir neçə saniyə ərzində belə bir qərar qəbul etdiyi ehtimal olunur:

UEFA burada yerləşir, qolu qeydə alsam, yaxşı çıxmaz. Ehtimal var ki, o, həmçinin ölkəsinin Avropa Birliyi və NATO üzvü olduğunu da nəzərə alıb və düşünüb ki, ata biləcəyi məsuliyyətsiz və hərdəmxəyal addımı rəsmi Zaqreb üçün baha başa gələ bilər. Hərçənd qalan müddətdə hakim tərəfindən hər hansı ədalətsizlik qeydə alınmamışdır.

Ədalət amilindən söz düşmüşkən, qonaqların koaçı Qurban Qurbanov İnsan hüquqları günündə (10 dekabr) qollarının sayılmamasını "halal haqqlarına girilmə" kimi klassifikasiya etmişdir.

Ekspertlər hesab edir ki, əgər Qarabağ sayılmayan qola halal sertifikatı almağa müvəffəq olarsa, dünya, əsasən də onun müsəlman qisminin diqqətini bu ədalətsizliyə yönəldə bilər.

Geoidman mütəxəssisləri diqqəti daha bir amilə yönəltməyi məsləhət bilirlər. Belə ki, oyun ətəfəsində Azərbaycan mediasında UEFA mənzil-qərargahı amilinin nəticəyə təsir edəcək faktorlardan ola biləcəyi proqnozlaşdırılmışdır.

Güman ki, yerli KİV-də 3 real qolu vura bilməyən İbrahima Vadjinin UEFAmeyilli qüvvələrlə əməkdaşlıq ehtimalları araşdırılacaq.

Yeri gəlmişkən, Varşavada Emrelililili Legiyanı 0:1 hesabı ilə məğlub edən Moskva Spartakı da hakimin qərəzli qərarı ilə üz-üzə qalmışdır. Rus şərhçilər maraqlı ehtimallar irəli sürmüşlər. Onların fikrincə, 94-cü dəqiqədə Spartakın qapısına təyin olunan şübhəli penalti gərgin Rusiya-Polşa münasibətləri ilə bağlı ola bilər.

Penaltiyə Ukrayna ətrafındakı proseslərin prizmasından baxan rus ekspertlər istisna etmirlər ki, UEFA-nın mənzil-qərargahı coğrafi baxımdan Polşaya daha yaxın olduğundan sloveniyalı hakim belə qərar qəbul edib. Gözlənilir ki, yaxın aylar ərzində bu məsələ slavyanofillərin ciddi diqqətində olacaq. Çün rus slavyan, polyak slavyan, sloven slavyan, Ukrayna slavyan və s.

Daha bir ehtimal ondan ibarətdir ki, Bazel-Qarabağ oyunu ekstrasenslərin də maraq dairəsinə düşə bilər. Belə ki, azərbaycanlı koaç oyunsonrası brifinqdə demişdir ki, 1-ci dəqiqədə qolumuzun sayılmaması oyunçularımı ruhdan salmışdır. Ruh... Bu zaman arxa sırada oturan bir isveçrəli jurnalist qəhqəhə çəkib gülmüşdür: 1-ci dəqiqə, Karl! Qarşıda hələ 89 dəqiqə var, Karl!

Rüstəm Qaraxanlı

Xəbər 1228 dəfə oxunub.



13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +