İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


02.12.2021  17:21 

Omikron 8 dəfə çox yoluxucudur - Həkim





A+  A-

RNT tərkibli virus olan yeni növ koronavirusun (COVID-19) yeni “omikron” ştamının yayılması barədə informasiyalar əhali arasında ciddi narahatlıq doğurur. Doğrudur, yeni ştam hələki ölkəmizdə qeydə alınmayıb, lakin ətraf ölkələrdə ona təsadüf edildiyi barədə informasiyalar var. Əlbəttə, arzu edirik ki, yeni ştam ölkəmizə gəlməsin, lakin pandemiya dövründə yaşayırıqsa, bu, qaçılmazdır. Təəssüf ki, yoluxma sayındakı rəqəmlər azaldıqca insanlar arasında rahatlıq yaranır və bu hal xəstəliyin yayılması üçün zəmin yaradır.

XəzərNews.az medicina.az-a istinadən xəbər verir ki, bunları həkim-infeksionist Nigar Əliyeva yeni ştamla əlaqədar deyib:

“Virusun növbəti mutasiyası olan “omikron” (B.1.1.529) ştamı molekulyar quruluşuna görə çox mükəmməldir və əvvəlkilərdən daha yoluxucudur. Yeni növ koronavirus pandemiyasının lap əvvəlindən deyirdik ki, hər yaranan ştam intensiv yoluxuculuğu ilə təhlükə yaradır. İlk ştamların iki dəfə yoluxucu olduğu qeyd edilirdi, yəni bir nəfər daha iki nəfəri yoluxdura bilərdi. “Delta” ştamının 6 dəfə daha çox yoluxucu olduğu deyilirdisə, “omikronun” 8-10 dəfə yoluxucu olduğu bildirilir.

Nə qədər ki, hami peyvəndlənmə prosesindən keçməyib, virus peyvənd olunmamış orqanizmin birindən digərinə keçdikcə dəyişikliyə uğrayır. Peyvənd olunmuş orqanizmdə çevrilmə getmir, bunun əksinə peyvənd olunmamış orqanizmdə virus özünə münbit şərait tapır və yeni mutasiyalar yaranır. “Omikron” ştamının 30-a yaxın mutasiyaları özündə birləşdirdiyi qeyd olunur. Bunlar yeni ştamın nə qədər dəyişkən olduğu və hətta aparılan peyvəndləmə prosesinə qarşı dirəncli ola biləcəyi ehtimalı doğurur. Dəyişkənlik virusların həyatda qalma şəklidir. İndiyə qədər müxtəlif ştamlar var idi, lakin Ümumdünya Səhiyyə Təşkilatı hər hansı ştama görə bu qədər həssas yanaşırsa, bu, həqiqətən vəziyyətin ciddiliyindən xəbər verir.

Son vaxtlar peyvəndlər üzərində aparılan araşdırmalar onun hələlik yeni ştam üçün də təsirli olduğunu göstərir. Lakin təsirin effektivliyi xəstəliyin əmələ gəlməməsinə kömək etmir, “delta” ştamında olduğu kimi bu ştamda da xəstəliyi yüngül keçirməyə səbəb olur, çünki virus orqanizmdəki anticisimləri tanıyır. Lakin yeni ştamdakı alt mutasiyaların müəyyən bir qismi həmin anticisimlərə qarşı reaksiya göstərməyib. Bu isə o deməkdir ki, mutasiyanın geniş yayılması vaksinasiyanın səmərəsini azalda bilər”.

Yeni ştamın əlamətləri barədə danışan həkim-infeksionist deyib: “Əlamətlər hələ araşdırılır. Məlumdur ki, bu ştam daha çox gənclər arasında yayılır, yaşlılar və yanaşı xəstəliyi olanlar üçün təhlükəli olaraq qalır. Hər ştamın sırf özünəməxsus xüsusiyyəti olur. Əvvəlki ştamlarda da daha çox ürəkbulanma, halsızlıq, hərarət və s. əlamətlər üstünlük təşkil edirdisə, “delta” ştamında daha çox iybilmə və dadbilmənin itməsi baş verir. Ümumi olaraq digər kəskin respirator infeksiyalarda olan kliniki əlamətlər çox güman ki, bu, “omikronda” da olacaq. Lakin orqanizmə görə təbii ki, dəyişə də bilər.

RNT tərkibli bütün viruslar aqressiv olurlar, onları idarə etmək çətindir. Adətən belə düşünülür ki, indiyə qədər olan bütün pandemiyalar zamanı mutasiya yarandıqca virus zəifləyir və proses öz-özünə bitir. Çox təəssüf ki, bu virus haqqında bunu demək olmur. Bəzi mütəxəssislər belə fikirdədir ki, bu virus laboratoriya məhsulu olduğuna görə zəifləmə getmir. Bir sıra mütəxəssislər bunu onun quruluşu ilə əlaqələndirirlər. Elm sahəsində də öz təsdiqini tapmamış çoxlu belə versiyalar var, lakin hələlik yekun bir rəy yoxdur. Şübhəsiz ki, yekin nəticəni zaman göstərəcək”.

Xəbər 995 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +