İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


02.12.2021  15:23 

“Demokratiya sammiti”: Parçala və hökm sür siyasəti...





A+  A-

Rəsmi Vaşinqtonun “Demokratiya sammiti”nə dəvət etdiyi dövlətlərin siyahısına nəzər salmaqla, Bayden və adminstrasiyasının demokratiya haqqında təsəvvürlərinin sərhədlərini müəyyənləşdirmək mümkündür.

Çox uzağa getmədən, qonşu Gürcüstanla yanaşı “Demokratiya sammiti”nə dəvət alan Nauru, Tuvalu və Vanuatu adlı cırtdan dövlətlərlə bağlı bir məqamı diqqətə çatdırmaq istəyirəm. Məsələ burasındadır ki, Nauru Abxaziya və Cənubi Osetiyanı hələ də müstəqil dövlət kimi tanıyır. Eyni qərar 2011-ci ildə Tuvalu və Vanuatu tərəfindən də qəbul edilmişdi. Amma 3 il sonra, 2014-cü ildə sözügedən dövlətlər qərarlarını geri çağırdılar.

Buna baxmayaraq, hər iki dövlət 3 il ərzində Gürcüstanın ərazi bütövlüyünü de-yure tanımayıblar və separatçı rejimlərə rəsmi şəkildə dəstək veriblər ki, bu da onların betnəlxalq hüququn norma və prinsiplərinə, separatçı rejimlərin ərazisindən zorla çıxarılmış Gürcüstan vətəndaşlarının hüquq və azadlıqlarına olan münasibətini ortaya qoyur.

Eyni problem Ukrayna ilə bağlı da yaşanır. Qeyd edim ki, sözügedən sammitə Ukrayna ilə yanaşı, Krımı de-fakto Rusiya ərazisi kimi qəbul edən, BMT Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi ilə bağlı 27 mart 2014-cü il tarixli, 68/262 saylı qətnaməsinin əleyhinə səs verən Anqola, Ermənistan, Hindistan, Serbiya də var.

Diqqət çəkən məqamlardan biri də Ağ Evin xeyir-duası ilə hazırlanan “Demokratiya indeksi”ndə ən son sıralarda olan dövlətlərin “demokratiya sammiti”nə dəvət olunmalarıdır.

Məsələn, Konqo Demokratik Respublikası “Demokratiya indeksi”ndə ən son sıradan əvvəl – 166-cı pillədə qərarlaşıb. Sammitə dəvət olunanlar arasında yer alan Qvineya 133, Niger 125, Anqola 117, Nigeriya 110-cu pillədədir. Amma Türkiyə “Demokratiya indeksi”ndə 104-cü sırada qərarlaşsa da, “Demokratiya sammiti”nə dəvət almayıb. Daha öncə də qeyd etdiyim kimi, “Demokratiya indeksi” ABŞ-ın, Böyük Britaniyanın və digər Qərb dövlətlərinin dəstəyi ilə hazırlanıb və təqdim etdiyim göstəricilərin subyektiv, yaxud obyektivliyindən asılı olmayaraq, son hesabatdan götürülüb, Ağ Evin hesabatlarında da bir qayda olaraq, bu sənədə istinad olunur.

Hesab edirəm ki, bu kiçik yazıda beynəlxalq hüququn norma və prinsiplərinə, insan hüquq və azadlıqlarına münasibətdə, həmçinin “Demokratiya indeksi”ndə ən son sıralarda yer alan ölkələrin “Demokratiya sammiti”nə dəvət almaları, bu tədbirin əsas məqsədinin nədən ibarət olduğunu göz önünə sərgiləyir. Məqsəd hegemon mövqeyini itirən qütbün dünyanı yenidən iki parçalamaq cəhdi və ətrafında “süni peyklər” yaratmaqla “demokratiya” müstəvisindən parçala və hökm sür siyasətini davam etdirməkdir.

Elçin Mirzəbəyli

Xəbər 930 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +