İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


10.11.2021  11:23 

Üçtərəfli görüş məqsədyönlü şəkildə pozulur?





A+  A-

44 günlük Qarabağ müharibəsinin ildönümü ərəfəsində Ermənistanda maraqlı, diqqətçəkən proseslər baş verir. Azərbaycan Qələbənin ildönümünü qeyd etdiyi günlərdə Ermənistanda əvvəlki rejimin tör-töküntüləri yeni müharibədən dəm vurur, hakimiyyəti devirmək çağırışları səsləndirir.

Ən maraqlısı odur ki, üçtərəfli sülh sazişinin imzalanacağı ilə bağlı yayılan xəbərlər fonunda erməni müxalifəti qəfil mitinq keçirir, revanşizmdən dəm vurur. Aksiyada keçmiş Qarabağ klanının nümayəndələrindən ibarət müqavimət hərəkatı yaradılır, hakimiyyəti təslimçilik aktına qol çəkməyə hazırlaşmaqda ittiham edirlər. Ardınca da Qarabağda təxribatçı xarakterli addımların sayını artırır, Kəlbəcərdə Azərbaycana məxsus mühəndis texnikasını atəşə tutur.

Bundan əvvəl isə Şuşa ətrafında təxribat törədərək Rusiya sülhməramlıları ilə razılaşdırılmamış şəkildə əraziyə "santexniklərini" göndərir. Və bunu da prezident İlham Əliyevin Şuşaya səfəri zamanı həyata keçirir. Yəni bu addımı atmaqla gözəl bilirdilər ki, bunun nəticəsi nə qədər ağır, faciəvi ola bilər. Böyük ehtimalla buna nail olmağa çalışıblar.

Xatırladaq ki, bundan əvvəl də Ağdərə ətrafında "traktorçu" ilə də bağlı eyni ssenari yaşanmışdı.

İkinci məsələ, Ermənistan müdafiə naziri həyasızcasına, rəsmi Bakıya acıq verirmiş kimi Xankəndiyə səfər edir. Üçüncüsü, keçmiş prezidentlər - Serj Sarkisyan və Robert Koçaryan da Xankəndiyə səfər edir. Rəsmi xəbərlərdə bu səfər Sarkisyanın anasının vəfatı ilə bağlı olduğu bildirilsə də, böyük ehtimalla bunun arxasında müəyyən hədəflər var. Məqsəd sadəcə ərazidə təxribatlar törətməkdir.

Bütün bunlar onu göstərir ki, üçtərəfli Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü məqsədyönlü şəkildə pozulmağa cəhd edilir. Bir maraqlı fakt da Rusiya tərəfinin səsləndirdiyi bəyanatlardır.

Prezident Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bir qədər əvvəl üçtərəfli görüşün keçiriləcəyi barədə fikir səsləndirsə də, indi bu görüşün qeyri-müəyyən vaxtda olacağını deyir.

Əgər planlaşdırılılan səfər və delimitasiya ilə bağlı imzalanacaq sənəd gündəmdən çıxırsa, o zaman rəsmi Bakının son təxribatlara görə erməni tərəfini cəzalandırmaq üçün əl-qolu açılmış olur. Bu da onlara baha başa gələ bilər. Törətdikləri təxribatlara qanla cavab verməli olacaqlar.

Taktiki cəhətdən də bu rəsmi Bakını qane edir, strareji cəhətdən isə sazişin izalanmasını qeyri-müəyyən müddətə kimi təxirə salmış olur. Yuxarıların bu məsələni necə və nə vaxt həll edəcəyini gözləmək qalır.

Beləliklə, yaşanan təxribatlar yeni gərginliyi gündəmə gətirir. Lakin erməni tərəfi anlamalıdır ki, bu gərginlik onların sonu demək olacaq.

Azər Nuriyev


Xəbər 1348 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +