Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


25.10.2021  19:16 

Başda sıxılma niyə baş verir?





A+  A-

Baş beyin – bədəndə ən çox hava, oksigen, qandan ən çox qidalı maddələri tələb edən orqandır. Ona görə o, daha çox oksigen aclığına həssasdır və bunu zamanla biruzə verir. Sinir hüceyrələri oksigen aclığına-hipoksiyaya çox həssasdır.

Başda toxumalarda oksigen catışmazlığını göstərən əlamətlər bunlardır. Baxdıqda, bəlkə də çoxunuzda var:

-Başgicəllənmə - oksigen çatışmazlığının birinci əlamətidir, vestibulyar aparat pozulur, səndirləmə, qulaqlarda ugultu, küy olur

-Baş ağrıları, spazmlar

-Ürəkbulanma, qusma

-Halsızlıq, zəiflik

-Əsəbi oyanlıqlıq, psixoz

-Bənizin, əllərin ağarması


-Gözlərdə qaranlıq, sayrışma

-Ürək döyünmə, nəbzin artması

-Uzunmüddətli hipoksiyada huşun itməsi, bayılma və koma

-Xroniki hipoksiyada vegetativ pozuntular, başda sanki pulsasiya, döyünmə, istilik, gözlərdə qaralma, görmədə zəiflik, boyunda istilik, ürək nahiyədə ağrı, təngnəfəslik müntəzəm hiss olunur.

Əgər beyin oksigenlə təchiz olunmursa və bundan sinir sistemi, sinir hüceyrələri zərər görübsə, o zaman insult sonrası depressiya, yaddaşın itməsi, qıcıqlanma, oyanıqlıq, apatiya baş verir

Beynin oksigenlə təchizatının azalmasının səbəbləri:

-Xroniki xəstəliklər

-Uzun müddətli ağır iş

-Ümumi qan dövranında pozulmalar, damarların tutulması

-Ağciyər xəstəlikləri

-Anemiya

-Ürək-damar xəstəlikləri

-VSD, nevroz

-Diabet, zob, hipertireoz

- Peşə və iş yerinin zərərləri

Çox hipoksiyalar insanlarda iş yeri ilə bağlı olur. Hündürlükdə çalışanlar, şaxta, metro, quyu, sualtı, qapalı yerlərdə çalışanlar, otaqlarda normal havalandırıcı olmayan yerlərdə çalışanlar, zərərləli maddələr udanlarda daha çox rast gəlinir

Müayinə

Hipoksiyanı nevroloq təyin edir. Müayinə üçün qan analizi, MRT, EXQ və digər müayinələr təyin olunur.

Müalicəsi

Kompleks olmalıdır. Səbəb, hipoksiyanın kökü, növü, hardan qaynaqlandığına uyğun seçilir.

Eləcə də qan köçürmə, qanın oksigenlə təchizarı, oksigenterapiya, plazmafarez, stereod hormonların təyini, qan dövranı normallaşdıran preparatlar təyin olunur.

Profilaktika məqsədilə insan beyin oksigen aclığının xronikliyə keçməsinin qarşısını almaq lazımdır. Aktiv idman, açıq havada 1-2 saat gəzməz, təmiz hava,düzgün qidalanma, işlədiyiniz yerin və yatdığınız otağın havalandırılması, masaj, müxtəlif tənəffüs gimnastikaları, hərəkətləri olunmalıdır. /Medicina.az/

Xəbər 1850 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +