Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


23.09.2021  21:01 

Masallı və Cəlilabadda meşə ağacları kəsilir -ziyan yüz minlərlə manat civarındadır





A+  A-

Masallı və Cəlilabad rayonlarının meşə ərazilərində ağaclar kəsilir, meşə torpağı daşınır. Sakinlər bildirirlər ki, torpağı daşınmış 1 hektardan çox ərazi var və həmin ərazilərə dəymiş ziyan yüz minlərlə manat civarındadır. Ərazilər ağır tonajı texnikanın dəstəyi ilə qazılıb.
Dərin qazıldığı üçün yerindən su da çıxıb:

“Torpaqları daşıyıb kərpic zavodlarına aparırlar. Yəni satırlar. Meşə torpaqlarının satılmasının arxasında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları durur. Keçmişdə buna görə məhkumluğu da olub yenə eyni yerdə çalışır. Tonlarla zavodlara torpaq daşınır. Dəyən ziyan hesablanmalıdır, etmirlər”, - Cəlilabad rayonunun Soyuqbulaq kəndinin sakini Mirxas Sadıqov belə deyir.

M. Sadıqov bildirir ki, hər iki rayonun ərazisində olan meşə sahələrinin hamısı bu durumdadır:

“Ağaclar kəsilir, torpaq qazılır, daşınır. Bu ərazilərə nəzarət edən Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi nəyə baxır? Yaxud Ekologiya və Təbii Sərvətlər Nazirliyi niyə müdaxilə etmir?”

Ekoloji məlumatlar paylaşan “Facebook” səhifəsi “Ecofront” Masallı və Cəlilabad meşələri ilə bağlı yaydığı məlumatda bildirir ki, Masallı RMTM-nin təkcə Cəlilabad meşəbəyliyində 225 qanunsuz kəşilmiş ağac aşkarlanıb:

“Belə demək olar ki, Cəlilabad meşəbəyliyinin yiyəsi yoxdur. İstəyən meşədən ağac kəsib apara bilir. Bunlar Azat, Dəmirağac, Şabalıdyarpaq palıd ağaclarıdır. Azat ağacının adı “Qırmızı kitab”da da var. Dəyərli meşəlik ərazilərimiz hansısa ekologiya sahəsindən anlayışı olmayan məmurların qazanc mənbəyinə çevrilib”.

Mirxas Sadıqov deyir ki, kəsilən ağacların hamısı irigövdəlidir və çoxu qəsdən zədələnib, qurumağa tərk edilib.

Masallı Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu məsələlər onların səlahiyyətinə daxil deyil:

“Bizim səlahiyyətimizdə olmadığı üçün araşdırıb, tədbir görə də bilmərik. Ümumiyyətlə, belə bir problemin olduğundan da xəbərsizik”.

Masallı Regional Meşə Təsəssüfatı Mərkəzindən isə bildirib ki, deyilənlər yalandır:

“Bir neçə nəfər var, sırf bizim işimizə kölgə salmaqdır məqsədləri. Bütün günü yalan məlumatlar yayırlar”. /Meydan.tv/

Xəbər 2014 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +