Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


22.09.2021  19:54 

Deport olunan jurnalist: ”Gedəcək yerimiz yoxdur”





A+  A-

Sentyabrın 14-də Almaniyadan deport olunan azərbaycanlı jurnalist Röya Rəfiyeva sığınacağının olmadığını deyir.
O, 3 uşağı ilə birlikdə küçədə qala biləcəyindən narahatdır: “Hava limanına enəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşına evsiz, işsiz və pulsuz olduğumu bildirmişdim. O da karantin bitən kimi Zabratdakı sosial sığınacağa yerləşdiriləcəyimizi və altı ay orada pul ödəmədən yaşaya biləcəyimizi demişdi. Bu gün karantin bitib, Atletlər Kəndindən çıxmalıyıq.

2017-ci ildə Azərbaycandan gedən jurnalist Röya Rəfiyeva və 3 övladına Almaniya hökuməti yaşamaq icazəsi verməkdən imtina edib.

O, müsahibələrində ölkədən repressiyalardan bezib getdiyini bildirirdi.

Jurnalist deyir ki, onun hazırki durumundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Sosial Xidmətlər Agentliyinin xəbəri var, amma ona hazırda sığınacaqda yer olmadığını bildiriblər: “Burada sığınacağa ehtiyacı olan, getməyə yeri olmayan digər insanlar da var. Hamımız küçədə qalmaq təhlükəsindəyik. Mənim uşaqlarla qadın, yaxud uşaq sığınacaqlarına getməyimi məsləhət görürlər. Ora mənim və uşaqlarımın psixoloji durumuna uyğun yer deyil. Jurnalist və vətəndaş kimi həmin sığınacaqlara dəfələrlə illər əvvəl getmişəm, yer problemi var, bir nəfərin yerinə neçəsi yerləşdirilir ki, küçədə qalmasınlar. Mən bizə vəd edilən dövlətin sosial sığınacağından 4 nəfərlik yox, 1 nəfərlik yer istəyirəm. Uşaqlarımı yığacağım kiçik, bir çarpayılıq yer istəyirəm ki, ailə olaraq yığışıb, durumumu düşünmək imkanım olsun. Bunu etmirlər”.

Röya Rəfiyeva deyir ki, onları Readmissiya Sazişinə əsasən, geri gətirən dövlətdən, hökumətdən sığınacaq istəyir: “İki yaşlı qızıma qanunsuz olaraq Azərbaycan vətəndaşı olduğunu təsdiq edərək deport etdirən miqrasiya qurumlarından burada bizi yerləşdirmələri üçün sığınacaq tələb edirəm. Mənim və başqa ölkə vətəndaşı olan atasının rəsmi icazəsi olmadan rəsmi, qanunsuz sənəd verərək deportumuza səbəb olan Almaniyadakı səfirliyimizdən, konsulluğumuzdan bizi buradakı sosial sığınacağa yerləşdirmələrini istəyirəm. Ölkənin çiçəkləndiyini, sosial rifahın yüksək səviyyədə olduğunu hər məqamda vurğulayan dövlət başçısı İlham Əliyevdən bizi, üç uşaqlı tək qadını sosial sığınacağa yerləşdirməsini istəyirəm. Çox şey istəmirəm ki...”.

Röya Rəfiyeva bildirir ki, Azərbaycana öz xoşu ilə gəlməyib, hətta razılığı olmadan üç uşağına qayıdış şəhadətnaməsi verilib: “İki yaşlı qızımın gətirilməsi qanuni deyil, orada ata rəsmi kağız, həmçinin uşağın Almaniyadan çıxışı üçün razılıq verməyib. Bütün bunlara rəğmən, deportuma səbəb olan Azərbaycanın hökumət qurumları bizi sığınacaqla təmin etmirlər, biz küçədə qalmışıq. Heç bir əlaqəm olmayan qohumların qapısına polis gücünə aparıb atmaq çıxış yolu deyil. Özünə güvənib, yüzlərlə qaçqını geri istəyən dövlətdən bir yataqlıq sığınacaq istəyirəm”.

Jurnalist psixoloji durumunun yerində olmadığını söyləyir: "Aparıb məni dispanserdə çarpayıya bağlayıb, ölümümü gözləmək çıxış yolu deyil”.

“Mən dəli deyiləm, uşaqlarımı əlimdən almaq kimi variantlara getməyin. Heç kimə zərər verəcək biri deyiləm, Almaniyada müalicələr zamanı uşaqlarım mənim öhdəmdə olub, onları əlimdən almayıblar. Burada da buna cəhd etməyin, lütfən. Öhdəmdə üç azyaşlı var. Onları məndən ayırmadan, bizə sosial sığınacaq verin. Düşmən dövlət olan Ermənistandan tutub gətirdiklərini hotellərdə yerləşdirən hökumətimdən Azərbaycan vətəndaşı olaraq sosial sığınacaq istəyirəm”, - jurnalist belə deyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gün ərzində telefonlara cavab verməyib.

Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Haşımov isə bildirib ki, məsələni araşdıracaqlar: “Çalışacağıq ki, kömək edək”.

Röya Rəfiyeva Azərbaycanda yaşayarkən “Yeni Müsavat”, ANS və “Kanal 13”-də çalışıb.

O, Azərbaycandan gedəndən bir neçə ay sonra, 2017-ci ilin mayında “Kanal-13”ün redaktoru həbs edilib.

Eyni zamanda, kanala qarşı cinayət işi açılıb və kanal qapadılıb (Meydan TV).

Xəbər 1857 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +