Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


20.09.2021  21:49 

Vəziyyəti ağır olan qazinin xanımı danışdı: “Ağrıdan gecələr yata bilmir“ - Fotolar





A+  A-

Bu gün sosial şəbəkələr Cəlilabad rayon, Göytəpə şəhər sakini, Qarabağ qazisi Fariz Ağayevin müraciəti ilə silkələndi.
Səhhətində mövcud olan problemlər səbəbindən ağır şəraitdə yaşayan qazi F.Agayev 44 günlük Vətən müharibəsində yerimə qabiliyətini itirib, müalicəyə ehtiyacı var.

Döyüşlərdə sərrast snayper kimi düşmən hədəflərinin susdurulmasında F.Ağayevin əməyi misilsiz olub. O, Vətən müharibəsinin ilk günlərindən müharibəyə ailəsindən xəbərsiz qatılıb. Müddətdən artıq hərbi qulluqçu olması komandirlərinin onun qarşısında qoyduqları tapşırıqları dəqiqliklə yerinə yetirməsinə şərait yarıdıb.

F.Agayev XəzərNews.az-a müsahibəsində Qubadlı istiqamətində gedən gərgin döyüşlərdə minamyot mərmisinin partlaması nəticəsində xəsarət aldığını, lakin döyüşə yaralı halda davam etdiyini vurğulayıb. Növbəti dəfə yanında partlayan mina isə səhhətində ciddi problemlərə yol açıb. Həmin vaxt hərbi hospitala yerlərşdirilir. Buna baxmayaraq Vətən müharibəsi qazisi hələ də sağlamlığına qovuşa bilməyib.

Fariz Ağayev bildirib ki, sağ ayağı işləmir: "Həkimlər deyir ki, beyinlə əlaqədardır".

F.Agayevin əmək qabiliyyətini itirməsi onun maddi durumunda da çətinliklərə yol açıb. Hazırda 3 nəfərədən ibarət olan ailə şəraitsiz, köhnə, uçuq - sökük bir evdə yaşamaq məcburiyyətindədir.

Qazinin həyat yoldaşı Xəyalə Ağayeva isə bildirib ki, ailədə bir özü işləyirdi, özü qazanırdı. İndiki vəziyyəti işləməyə imkan vermir, ağrıdan gecələr yata bilmir".

F.Agayevin müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırılıb.
Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

“Digər qazilərimiz kimi, Fariz Ağayevin də sosial məişət şəraiti daim diqqətdə olub. Ailə təsərrüfatının qurulması üçün hələ bu ilin aprel ayında o, özünüməşğulluq proqramına cəlb edilib. Və bunun üçün avqustun 9-da ona iribuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlər (3 inək və 400 kq yem) təqdim edilib”, - deyə F.Talıbov qeyd edib.

O bildirib ki, Fariz Agayevin əlilliyinin qiymətləndirilməsi isə, ilk növbədə aidiyyəti qurumlar tərəfindən onunla bağlı müvafiq sənədlər (şəhadətnamə və göndəriş) təqdim edildiyi halda həyata keçiriləcək. Bununla belə Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyin həkim-ekspertləri Farizi evində əyani müayinə edərək nəticəsinə əsasən əlilliyinin qiymətləndirilməsi üçün sənədləşmə prosesində müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

Farizə ailəsinin ünvanlı sosial yardım almaq hüququna baxılması üçün hazırda ailənin mülkiyyətində olan torpaq sahəsinin qanunvericiliyin tələbinə əsasən rəsmiləşdirilməsi də tövsiyə olunub.





Xəbər 1700 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +