Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


19.08.2021  21:36 

Rusiyadan Azərbaycan və Ermənistana - Çağırış





A+  A-

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və bu ilin 11 yanvar tarixli üçtərəfli razılaşmalarının həyata keçirilməsi Rusiyanın xarici siyasətinin qeyd-şərtsiz prioritetidir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

O deyib ki, Bakı və Yerevanla ən yüksək və yüksək səviyyədə təmaslar mütəmadi olaraq həyata keçirilir.

“Yay dövründə Rusiya Prezidentinin iyulun 7-də Ermənistanın baş naziri ilə, 20-də isə Azərbaycan Prezidenti ilə görüşləri keçirilib. Xarici siyasət, müdafiə və sərhəd idarələri xətti ilə lazımi iş aparılır. Əlbəttə ki, səfirliyimiz fəal işləyir”, - deyə M.Zaxarova əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi vurğulayıb ki, tərəflər məsələləri müzakirə edir və qərarlar verilir.

“Bildiyiniz kimi, təhlükəsizlik məsələləri də daxil olmaqla, xüsusi həssaslıq nəzərə alınmaqla, bəzi məsələlərin müzakirəsinin təfərrüatları heç də hər zaman ictimaiyyətə açıqlanmır. Çünki, bu, davamlı nəticəyə nail olunmasına, həqiqətən də, mane ola bilər”, - deyə diplomat bildirib.

M.Zaxarova həm Bakıda, həm də Yerevanda, ümumilikdə, tərəflərin təmas xətti və Laçın dəhlizi boyunca Qarabağda yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin, Rusiyanın sabitləşdirici rolunu yüksək qiymətləndirdiklərini qeyd edib.

“Sülhməramlılarımızın ərazidəki hərəkətləri sayəsində bölgədəki vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb və nisbətən sakit olaraq qalır. Evlərinə qayıdan qaçqınlarla bağlı məlumatlar mütəmadi olaraq ölkəmizin Müdafiə Nazirliyinin saytında yerləşdirilir.

Ayrı-ayrı hadisələrin işçi qaydada operativ şəkildə həllinə nail olunur. Onların ortaya çıxmasının səbəbi, heç şübhəsiz, Bakı ilə Yerevan arasındakı münasibətlərdə etimadın çatışmazlığıdır.

Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli yaxşılaşmasının tərəfdarıdır və əlbəttə ki, biz bu mövqeyi, o cümlədən ən yüksək və yüksək səviyyədə Bakıya və Yerevana çatdırırıq.

Hər iki tərəfi humanitar sahədə mövcud olan qarşılıqlı qıcıqlandırıcı amilləri ən qısa zamanda aradan qaldırmağa, “hər kəsi hər kəsə” formul üzrə hərbi əsirləri və tam həcmdə mina sahələrinin xəritələrini dəyişməyə çağırırıq”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

M.Zaxarova ölkəsinin mövqeyini bir daha diqqətə çatdırıb ki, uzunmüddətli həlli yolu sərhədin demarkasiyası və delimitasiyası üzrə danışıqların başlanmasıdır.

“Biz bu prosesə lazımi məsləhət yardımı göstərməyə hazırıq”, - deyə o əlavə edib.

“Rusiya, Azərbaycan və Ermənistanın baş nazirləri müavinlərinin həmsədr olduğu üçtərəfli işçi qrupuna gəldikdə, çox güman ki, artıq gördüyünüz kimi, onun avqustun 17-də fəaliyyətini bərpa etdiyi barədə məlumatlar dərc edilmişdi.

İclas Moskvada keçirilib, müvafiq məlumatlar Rusiya Federasiyası Hökumətinin saytında yerləşdirilib. Biz məmnuniyyətlə qeyd edirik ki, tərəflər Cənubi Qafqazda təsərrüfat və nəqliyyat əlaqələrinin açılmasına yanaşmaların praktiki müzakirəsinə qayıtmağa nail oldular”, - deyə diplomat sözünü yekunlaşdırıb.

Xəbər 2226 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +