Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


14.01.2021  17:18 

“Mərkəzi Bank üçün yarım milyard vəsaitin xərclənməsi yersizdir”





A+  A-

Ötən gündən etibarən sosial şəbəkələrdə Azərbaycanda Mərkəzi Bankın yeni tikiləcək inzibati binasının 218 milyon avroluq layihə qiyməti müzakirə olunur.
XəzərNews.az xəbər verir ki, layihənin dəyəri barədə inşaatı həyata keçirəcək “Tekfen İnşaat Şirkəti” məlumat yayıb. Bildirilir ki, “Tekfen İnşaat” Azərbaycan Mərkəzi Bankının binasının mühəndislik, avadanlıq və material təmin etmə, açar təslimi işləri üçün elan edilmiş tenderi udub. Müqavilə ötən gün imzalanıb və müqavilənin dəyəri 218 milyon ( 450 mln AZN) avrodur.

İnşaat şirkətinin rəhbəri Mustafa Kopuzun bildirdiyinə görə, binanın 36 ayda tamamlanması gözlənilir. Onun sözlərinə görə, Bina 67 981 kvadrat metrlik ərazidə 37 mərtəbədən ibarət şəkildə inşa ediləcək. Binanın hündürlüyü 168 metr olacaq. Sözügedən şirkət Azərbaycanda Bakı Olimpiya Stadionunu, “Socar Tower”ı da inşa edib.

Bu arada bildirək ki, müxtəlif vaxtlarda Azərbaycanda bir sıra dövlət qurumlarının özünə bahalı bina tikdirməsi problemi gündəmə gəlib. Bu qəbildən olan inzibati binalara “Azərsu” nun, SOCAR-ın tikdirdiyi binalar da daxil edilib. Belə ki, “Azərsu” nun yeni binası 120 milyon dollara, SOCAR-ın yeni binası 414 mln. 237,659 min dollara başa gəlib.

Bu həcmdə böyük vəsaitlərin inzibati binaların tikilməsinə sərf edilməsinin artıq xərc olması vurğulanıb.

Prezident İlham Əliyev də bu ilin yanvarın 6-da keçirdiyi müşavirədə çəkilən xərclərə nəzarətin gücləndirilməsinin vacibliyinə toxunub. Dövlət başçısı xüsusilə dövlət xətti ilə alınan mallara da çox ciddi nəzarət olunmalı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bəzi hallarda orada şişirtmələr də olur: “Bəzi hallarda dövlət təşkilatları, necə deyərlər, öz rahatlıqları üçün lazım olmayan bir çox mal-material, əşya alırlar. Belə hallar var. Xaricdən avtomobillər, texnika, mebel alırlar. Buna son qoyulmalıdır. Biz bütün bu yersiz xərclərə son qoymalıyıq. Ona görə, xərclərə nəzarət daha güclü olmalıdır və baxın, bəlkə də hansısa əlavə bir nəzarət mexanizmi də tətbiq edilə bilər”.

İqtisadçı ekspert Natiq Cəfərli mövzuyla bağlı “Qafqazinfo”ya bildirib ki, Azərbaycanda dövlət qurumlarının inzibati binasının tikintisiylə bağlı əvvəllər neftin qiymətinin baha olduğu, çoxlu valyutanın gəldiyi vaxt qərara alınıb ki, şəhərin ümumi mənzərəsini dəyişdirmək məqsədilə Heydər ƏIiyev prospektində Nyu Yorkda, Londonda, Parisdə olduğu kimi biznes məhəllələr olsun: “Buna görə də Heydər Əliyev prospektində bir sıra inzibati binaların tikintisi üçün qərar verilmişdi. 2007-2008- ci illərdə bu trend başladı. Çünki o zaman neftin qiyməti 140-150 dollar arası idi. Azərbaycana büdcəsindən 3 dəfə artıq valyuta gəlirdi. Həmin təmir-tikinti işləriylə əlaqədar həm də iqtisadi aktivliyin formalaşdırılması yolu tutulmuşdu. Sonradan bu qərarlar o qədər məntiqsiz hal aldı ki, bu da insanlarda suallar yaratdı. Məsələn, “Azərsu”nun yeni binası 200 milyon manatdan yuxarı başa gəlib. Amma ölkənin bir çox yerlərində normal su təchizatı yoxdur. Bu zaman sual yaranır ki, inzibati binamı lazımdır, yoxsa yaxşı xidmət göstərməkmi? Belə halda artıq verilən qərarların rasional olmadığı üzə çıxır. Bundan başqa, dövlət qurumları o zaman özlərinə bina tikə bilərlər ki, onlar gəlirlə işləsin və bu halda mənfəətlərinin bir hissəsini özlərinin maddi-texniki təchizatının yaxşılaşdırılmasına xərcləyə bilərlər. Dövlət şirkətlərinin tamamına yaxını ziyanla işləyir. Buna görə də dövlətdən dotasiyalar alırlar.

Bu yaxınlarda “Azərxalça” ilə bağlı hadisəni hamımız gördük. Eyni məsələ Mərkəzi Banka da aiddir. Mərkəzi Bank əlavə dəyər yaratmayan dövlət qurumudur. Sadə dillə desək, Mərkəzi Bank pul qazanmır. Pul qazanmadığı halda bu qədər böyük vəsaitə yeni binaya köçməyə nə ehtiyac yaranıb? Bunu Mərkəzi Bank bu günə kimi izah etməyib. 1998-ci ildə şəhərin mərkəzində Mərkəzi Bank üçün müasir bir bina tikilib. Mərkəzi Bankın işçi sayı o qədər çox deyil ki, o binaya yerləşməsin. Orada minlərlə yox, onlarla insan çalışır. Ona görə də yeni binanın tikintisinin iqtisadi əsaslandırılması olmalı idi. Bu əsaslandırmanı biz görmürük. İndiki dövrdə həm ölkənin gəlirlərinin azaldığı, həm də pandemiya şəraitində işğaldan azad edilmiş torpaqlara çoxlu vəsaitə ehtiyac duyulduğu zamanda öncədən alınmış qərarın ləğv edilməməsi, yenidən məsələnin gündəmə gəlməsi tamamilə məntiqsiz və irrasional bir yanaşmadır. Az qala yarım milyard manata yaxın vəsaitin xərclənməsiylə bağlı belə bir qərarın verilməsi yersizdir. Həmin vəsaiti əlavə iş yerləri yaratmağa, sosial problemlərin həllində istifadəyə sərf etmək olardı. Bu qədər xərc istiqamətləri varkən heç bir lüzum olmadan belə binanın tikintisinə qərar verilməsini iqtisadi və sosial məntiqlə izah etmək mümkün deyil”.

Xəbər 2597 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +