Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


07.12.2020  14:46 

Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi - Video





A+  A-

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə müraciət edib.
XəzərNews.az həmin müraciəti təqdim edir:

“Nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər. Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki yeni istifadəyə verilmiş Müayinə Mərkəzində, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər.

Son aylarda Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində əsaslı şəkildə aparılan təmir-bərpa işləri, orada avtomobillərini texniki baxışdan keçirməyə gələn şəxslər üçün yaradılan şərait xüsusilə qeyd edilməlidir. Mərkəzdə görülən işlərin hər biri vətəndaş məmnunluğunu təmin etmək üçün həyata keçirilib. Müayinə məntəqəsinin ərazisində yaşıllıq sahələri salınıb, işıqlandırma sistemləri yenidən qurulub, texniki baxışdan keçməyə gələn avtomobillər üçün ayrıca dayanacaq istifadəyə verilib. Mərkəz ən müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz olunub.

Qeyd edilən şərait Qaradağ rayonunda yeni istifadəyə verilən Müayinə Mərkəzində, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində, eləcə də Baş İdarənin digər Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində də yaradılıb.

Sonda bir daha sürücülərin diqqətinə çatdırlır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməyən avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyət daşıyırlar”.



Xəbər 1509 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +