İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


02.09.2020  11:21 

İŞİD Ayasofya məscidə çevriləndən sonra təxribata cəhd edib





A+  A-

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İŞİD-in Ayasofya məscidində təxribat planlaşdırdığını açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Soyludan müsahibə alan türk siyasi təhlilçi Əbdülqədir Səlvi son məqaləsində yazıb.

“İŞİD terror təşkilatı İstanbulda Ayasofya məscidi və bir sıra iqtisadi yerlərə, dərnəklərə qarşı, ümumilikdə isə Türkiyədə çaxnaşma yarada biləcək yerlərlə bağlı təxminən 1-1,5 aydır ki, təşkilat daxilində hazırlıq aparırdı. Polis və kəşfiyyat orqanlarımız məlumat daxil olandan sonra izlədi. Türkiyədəki bir sıra hədəflər üzərində çalışdılar. İlk öncə 18 avqustda İstanbulda Hüseyn Sağır adlı şəxs təxribat hazırlığı edərkən üzərində “Kalaşnikov” silahı ilə saxlanıldı. 20 avqustda isə həmin şəxsin izləri ilə İŞİD-in Türkiyə üzrə əmiri Mahmut Özdən saxlanıldı”,- deyə Soylu bildirib.

Səlvinin İŞİD-in niyə Ayasofyanı hədəf aldığı sualına cavabında DİN rəhbəri bunun terror təşkilatının arxasında dayanan kəşfiyyat orqanları ilə əlaqəli ola biləcəyini bildirib.

“1934-cü ildən muzey olaraq fəaliyyət göstərən Ayasofya 86 il sonra – bu ilin 24 iyulunda məscid olaraq ibadətə açıldı. Radikal terror təşkilatı olan İŞİD Ayasofya muzey olduğu zamanlarda onunla maraqlanmırdı, bəs muzeyə çevriləndən sonra onu niyə hədəfə alsın? Sizcə də çox maraqlı deyil? İŞİD radikal bir təşkilatdırsa, Ayasofya ilə maraqlanmamalıdır. Türbələri hədəf ala bilər. Özünün fərqli bir baxış bucağı ola bilər və həmişə olub. Türbələrlə bağlı da təxribat cəhdləri olub. Ancaq Ayasofya ilə bağlı iddiaları irəli sürmələrini, İŞİD-in arxasındakı şəbəkəni yaxşı araşdırmaq lazımdır. Hansı kəşfiyyat təşkilatları İŞİD-ə təsir etməyə davam edir? Bunu çox yaxşı araşdırmaq lazımdır”,- deyə nazir qeyd edib.

Bununla yanaşı, Soylu müsahibəsində İŞİD-in türk siyasətçiləri və dövlət adamlarını qaçırmağı planlaşdırdığını da açıqlayıb. Əməliyyatlar davam etdiyi üçün daha ətraflı məlumat verməyən DİN rəhbəri terrorçuların yüksək vəzifəli şəxsləri Suriyaya qaçırmaq planlarının olduğunu bildirib.

Qeyd edək ki, iyulun 10-u Türkiyə Ali Məhkəməsi Ayasofya məbədinin muzey statusunun ləğv edilməsi və məscidə çevrilməsi ilə bağlı qərar verib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qərarı təsdiqləyib.

Xəbər 1213 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +