Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


06.08.2020  14:17 

“Özlərinə əziyyət verib bu qədər yolu getməsinlər”





A+  A-

Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı ilə avqustun 5-dən etibarən icazə sistemi ilə hərəkət etmək ləğv edilib və rayonlara gedənlər yalnız ezamiyyə vərəqi əsasında postlardan buraxılır. Lakin yay ayı olduğu üçün məzuniyyətə çıxan şəxslər bölgələrdə istirahət etmək üçün postlara üz tuturlar və bunun nəticəsində, bu gün giriş-çıxış postlarında sıxlıq yaranıb və ezamiyyə vərəqi olmayan şəxslər geri qaytarılıb. Geri qaytarılanlar gedənlərin əksəriyyətini təşkil edib.
XəzərNews.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, xüsusilə bu gün getməyə cəhd göstərənlər çoxdur: “Bu gün bir avtobusun içində Lerikə getmək istəyən 40 nəfər saxlanılıb. Onlar düşünmürlər ki, qərarda göstərilən inzibati ərazilərdən giriş-çıxışa qoyulan məhdudiyyət qüvvədədir. Amma bu qərar qüvvədə ola-ola 40 nəfər bir avtobusun içində istirahətə getməyə cəhd edir. Hazırda postlarda daha da ciddi formada yoxlamalar aparılır. Qanuna uyğun olaraq ezamiyyə vərəqi olmayanlar birmənalı olaraq geri qaytarılır.

Vətəndaşlar bəzən elə bilirlər ki, məzuniyyətlə ezamiyyət eynidir. Ona görə məzuniyyət sənədi ilə postu keçmək istəyənlər də olur. Bunlar ayrı-ayrı şeylərdir, məzuniyyətə çıxmış şəxs hansı orqanda işləməsindən asılı olmayaraq sərtləşdirilmiş karantin zonasından buraxıla bilməz. Həmin şəxslər karantin postundan geri qaytarılırlar. Buna görə də özlərinə, ailə üzvlərinə əziyyət verib bu qədər yolu getməsinlər. Onsuz da onlar məzuniyyət sənədi ilə rayonlara buraxılmayacaqlar.

Bəzən insanlar fikirləşirlər ki, “gedim, buraxarlar”. Bu da səhv fikirdir, bununla postlarda tıxac yaradırlar və belə düşünənlər həqiqətən xidməti fəaliyyətinə görə ezam olunan şəxslərin postlarda gözləməsinə səbəb olurlar”.

K.Əliyev kimlərin kağız, kimlərin elektron ezamiyyə vərəqi ilə buraxıldığını açıqlayıb:

“Nazirlər Kabinetinin qərarı ilə xidməti vəsiqə ilə fəaliyyətinə icazə verilən şəxslər ezamiyyə vərəqini kağız formasında təqdim edirlər. Bundan öncə fəaliyyətinə icazə portalı vasitəsilə icazə verilən şəxslər isə ezamiyyə vərəqini portalda aktivləşdirməlidirlər”.

Xəbər 2064 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +